OPEC-in Baş katibi Baş katibi Haysam Əl-Qaysı Abu Dabidə keçirilən enerji sənayesi tədbirində iştirak edib. O, qeyd edib ki, OPEC tələblə bağlı optimistdir və az investisiya qoyuluşunu enerji təhlükəsizliyi riski kimi görür.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
O, neft və qaz sənayesinə investisiya qoyuluşunun davam etdirilməsinin vacibliyini vurğulayaraq, neft sektoruna investisiyaların dayandırılması çağırışlarının əks-məhsuldar olduğuna inandığını söyləyib: “Biz neftə tələbatın ötən il olduğu kimi, bu il də kifayət qədər güclü olacağına inanmağa davam edirik”, – deyə Qaysı qeyd edib.
O, əlavə edib ki, neft-qaz sektoruna investisiyalar enerji təhlükəsizliyi üçün vacibdir: “Bizim kifayət qədər ehtiyat potensialımız var, biz bunu dəfələrlə demişik və bu sahəyə sərmayə qoymağın vacibliyini görmək üçün bütün maraqlı tərəflərin birgə səyi lazımdır”.
Yeganə





