OpenAI keçmiş baş direktor Sem Altmanla onu əvvəlki vəzifəsinə qaytarmaq üçün razılığa gəlib.
Elchi.az xəbər verir ki, “Biz Semin Altmanın OpenAI-a CEO kimi Bret Taylor (Sədr), Larri Summers və Adam D’Angelodan ibarət yeni şərti direktorlar şurası ilə qayıtması ilə bağlı prinsipial razılığa gəldik”, – şirkət sosial media X-də dərc edib.
Şirkətdən bildirilib ki, müqavilənin detalları üzərində iş gedir.
Altman daha sonra əvvəlki vəzifəsinə qayıtmağı səbirsizliklə gözlədiyini söylədi. “Mən OpenAI-ni sevirəm və son bir neçə gün ərzində etdiyim hər şey bu komandanı və onun missiyasını qorumaq olub. Bazar günü axşam Microsoft-a qoşulmağa qərar verəndə aydın oldu ki, bu, mənim və komandam üçün ən yaxşı yoldur. <…> Mən OpenAI-ə qayıtmağı və Microsoft ilə güclü tərəfdaşlığımızı qurmağı səbirsizliklə gözləyirəm”, o, sosial mediada X-də yazıb.
Nuranə Məmmədova






