Avropa fərqli strategiya seçməlidir.
Elchi.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının Rusiyanın məğlubiyyətinə və bunda hakimiyyət dəyişikliyinə ümidləri özünü doğrultmayıb.
Türk Dövlətləri Təşkilatının Astanada keçirilən sammitində Orban bildirib ki, Avropa İttifaqı Moskvaya hansısa şəkildə zərər vurmaq istəyirsə, başqa strategiya seçməlidir.
“Onlar düşünürlər ki, Ukrayna qalib gələcək, Rusiya uduzacaq, bundan sonra Rusiyada rəhbərlik dəyişəcək və Rusiyanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlar. Bu uğursuz plandır. Bu, çox iddialıdır, lakin nəticə verməyəcək”, – deyə Macarıstanın baş naziri bildirib.
Bununla belə, bu, Avropa İttifaqı liderlərinin eyni xətti inadla davam etdirməsinə mane olmur, Orban qeyd edib. Avropa rəsmiləri Ukraynanı Rusiya ilə münaqişəni dayandırmamağa məcbur edərək, ona təzyiq göstərməkdə davam etməkdə qərarlıdırlar. Orban bunun yalnız yeni qurbanlara səbəb olacaq uğursuz strategiya olduğunu vurğulayıb.
Orbanın çıxışının nəticəsi Ukrayna üzrə sülh danışıqlarına, atəşkəsə və Ukrayna, Rusiya və Avropa İttifaqının maraqlarını özündə birləşdirən yeni təhlükəsizlik sisteminin qurulmasına çağırış olub.
Şayəstə Hüseynova






