Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Gürcüstan strateji yerləşməsinə görə Avropa İttifaqı üçün çox lazımdır.
Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən mətbuat konfransı çərçivəsində o, gürcü jurnalistlərə bildirib ki, Gürcüstanın Aİ-yə üzv olmaq üçün namizəd statusunun olmamasını ədalətsizlik hesab edir.
Elchi.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Bundan əlavə, Orban söz verib ki, gələn həftə bütün Macarıstan Nazirlər Kabineti Tbilisiyə səfər edəcək.
Nuranə Məmmədova




