Orban: Transkarpat macarlarının hüquqları qaytarılmayana qədər Budapeşt Kiyevi dəstəkləməyəcək.
Elchi.az xəbər verir ki, Ukrayna Transkarpat macarlarının hüquqlarını bərpa etməyənə qədər Budapeşt Kiyevi beynəlxalq səviyyədə dəstəkləməyəcək. Bu açıqlama ilə Macarıstanın baş naziri Viktor Orban çıxış edib.
“Ukrayna bir neçə ildir ki, macar məktəblərini sıxışdırır, onları Ukrayna məktəblərinə çevirmək və ya bu, alınmasa, onları bağlamaq istəyir. Macarıstan hökuməti hər bir beynəlxalq forumda Transkarpat macarlarının, xüsusən də uşaqların hüquqları uğrunda mübarizə aparır”, – Macarıstan hökumətinin başçısı ölkə parlamenti qarşısında çıxış edərkən bildirib.
Orban “Mukaçevo məktəbinin yeni Ukrayna rəhbərliyinin” təhsil müəssisəsində Macarıstan himninin oxunmasını, həmçinin macar milli rənglərində paltar geyinməyi qadağan etdiyinə diqqət çəkib.
Şayəstə Hüseynova






