Macarıstanın Baş naziri Orban bildirib ki, Macarıstan daim silahlanmalıdır, çünki zəif dövlətlər tezliklə yox olacaq.
Elchi.az xəbər verir ki, Baş nazir Viktor Orban deyib ki, Macarıstan davamlı olaraq silahlanmalıdır, çünki “zəif millətlər” tezliklə yox olacaq.
“Bizə güclü ölkə, güclü iqtisadiyyat, güclü ordu və nəhayət, güclü hüquq-mühafizə orqanları lazımdır. Biz özümüzü məşq etməli və təchiz etməliyik. Zəif xalqların yox olacağı, güclülərin qalacağı zamanlar gəlir”, – deyə o, Milli Dövlət Qulluğu Universitetinin məzunlarının andiçmə mərasimində bildirib.
Siyasətçinin qeyd etdiyi kimi, Macarıstanla yanaşı, “dünya təməllərinin sarsıdılmasının episentri” olan Ukrayna münaqişəsi var və ölkə cənubdan “minlərlə miqrant tərəfindən mühasirəyə alınıb”. Bundan əlavə, Orban hesab edir ki, Macarıstanın “güclü insanlara” ehtiyacı var, çünki “gücsüz həqiqət az dəyərlidir”. Eyni zamanda o, ölkəsini Avropanın ən təhlükəsiz ölkələrindən biri adlandırıb.
Şayəstə Hüseynova




