"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ordu generalı Öztürk hərbi çevriliş cəhdindən əvvəl Azərbaycanda kimlərlə danışıb…

01 Aprel 2017 - 14:08
in aktual-banner, Banner, Cebhe-banner

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Türkiyədə ötən il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin “1 nömrəli”si hesab edilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə apardığı telefon danışıqları açıqlanıb.

Virtualaz.org xəbər verir ki, bu telefon danışıqlarına dair dəlillər Ankara Cümhuriyyət Prokurorluğunun general Öztürk barədə hazırladığı ittiham aktına daxil edilib. Belə məlum olur ki, hərbi çevriliş cəhdinin başında dayanan “1 nömrəli fiqur” hesab edilən general Öztürk həmin ərəfəsində Azərbaycandakı şəxslərlə də telefon danışıqları, yazışmalar aparıb. Bu haqda “Hürriyet”in məqaləsində deyilir.

Türkiyə rəhbərliyi həmin hərbi çevriliş cəhdinin fətullahçı terror təşkilatı FETÖ tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini bildirir. Bu çevriliş cəhdinə görə minlərlə hərbçi, o cümlədən onlarla general həbs olunub. Onların bir qisminin işi üzrə məhkəmə başlayıb, yaxud istintaq tamamlanıb.

General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. F-16 təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.

Xatırladaq ki, Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinin əsas fiqurantlarından biri hesab olunan AKP başqan yardımçısı Şaban Dişlinin qardaşı, silahlı qüvvələrin Baş qərargahının Strateji Planlaşdırma idarəsinin rəisi olmuş general Mehmet Dişlinin oğlu həmin dövrdə Bakıdakı türk səfirliyində işləyib. Lakin generalın oğlu daha sonra naməlum istiqamətə qaçıb.

İstintaq materiallarında deyildiyinə görə, hərbi çevrilişin uğurla nəticələnəcəyi halda hakimiyyəti ələ keçirəcək Yurtda Sülh Şurasının üzvü olan general Mehmet Dişlinin Türkiyənin Bakıdakı səfirliyində ikinci katib işləyən oğlu Mehmet Beyazit Dişli əvvəlcə “FETÖ mənsubu” kimi vəzifəsindən azad olunub. Ardınca Türkiyə XİN onu geri çağırıb. Lakin diplomat bu tələbə əməl etməyib və Bakını tərk edərək üçüncü ölkəyə qaçıb. Türkiyəyə geri dönməkdən imtina edən Dişli ötən ilin sentyabrında diplomatik xidmətdən xaric olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan şəhəri Kürdüstana birləşir – Şok

Next Post

Prezidentdən Sərkisyana güllə kimi – Cavab

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Prezidentdən Sərkisyana güllə kimi – Cavab

Bakı-Tiflis-Qars layihəsi ləngiyir - Səbəb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.