"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ordumuz ağır artilleriyadan istifadəyə keçməlidir”

01 Avqust 2014 - 16:02
in MANŞET

“11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Ordumuz ağır artilleriyadan istifadə etməklə sedr qudret beyhücuma keçməli, kəskin şəkildə cavab verməlidir”.
Bu sözləri Axar.az-a millət vəkili Qüdrət Həsənquliyev cəbhənin təmas xəttində 11 əsgərimizin şəhid olması ilə bağlı informasiyanı şərh edərkən bildirdi.
Millət vəkili qeyd etdi ki, 11 əsgərimizin şəhid olmasına qarşılıq matəm elan etmək yox, ciddi cavab vermək lazımdır:
“Müharibə davam edir və müharibədə baş verən hərbi itkilərə görə matəm elan etmək yox, cavab vermək lazımdır. Bu, artıq kiçik insident deyil, Azərbaycana qarşı irimiqyaslı əməliyyatın həyata keçirilməsidir. Ordumuz ağır artilleriyadan istifadə etməklə, hava hücumuna keçməklə kəskin şəkildə cavab verməlidir. Ordumuz torpaqlarımızı azad etmək gücündədir və ermənilər heç də atəşkəsin pozulması kimi qiymətləndirilməsi mümkün olmayan, əsl döyüş sayılan bu hücumun qarşılığını, müdafiə nazirinin dediyi kimi, on qat artıq almalıdır”.
Q.Həsənquliyevin fikrincə, bu atışmalar müharibənin başlaması üçün bir qığılcımdır:
“Ancaq səbəbkar biz deyilik. Belə bir şəraitdə bu qədər əsgərimizin öldürülməsi ilə Azərbaycan barışa bilməz. Bu bizim növbəti dəfə Ermənistana uduzmağımız kimi qəbul ediləcək və onların daha da harınlamasına səbəb olacaq. Bu gün hansı istiqamətdə atəşkəs pozublarsa, ordumuz da bütün imkanlardan istifadə edərək o istiqamətdə hücuma keçməli, düşməni darmadağın etməlidir. Bu o demək deyil ki, atəşkəslə bağlı imzalanmış protokolu pozuruq, sadəcə, 11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Bizim cavabdan sonra onların atacağı addımla anlaşılacaq ki, atəşkəs tamamilə pozuldu, ya hələ də problemin sülh yolu ilə həllinə ümidlər var”.
Q.Həsənquluyev baş verən hadisəyə səbəb kimi iki versiya irəli sürdü:
“Rusiyaya qarşı sanksiyalar qüvvəyə minir. Bu, təxribat da ola bilər. Rusiya Avropaya göstərmək istəyir ki, regionda yenidən sabitlik pozulacaq. Bir başqa səbəb isə Ermənistanda daxili vəziyyətin kifayət qədər acınacaqlı və kritikliyi ilə bağlıdır. Ermənistanda gərginlik, hökumət əleyhinə narazılıq artıb. Ölkə sürətlə boşalır. İğtişaşlar artmaqdadır. Hökumət əhalinin diqqətini sosial narazılıqdan yayındırmaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Əlbəttə, başqa səbəblər də istisna deyil”. 
Qeyd edək ki, cəbhənin Ağdam istiqamətində ermənilərin hücumu nəticəsində 11 əsgərimiz şəhid olub. Müdafiə Nazirliyi məlumatı təsdiqləsə də, ölənlərin sayı barədə konkret məlumat verməyib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Novella Cəfəroğlu: “Xədicə İsmayıl kimi “işverənlik” etmirəm”

Next Post

“Leyla Yunusa qarşı irəli sürülən ittihamların doğru olduğunu düşünürəm” – Fərəc Quliyev

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

"Leyla Yunusa qarşı irəli sürülən ittihamların doğru olduğunu düşünürəm" - Fərəc Quliyev

Azərbaycan Müdafiə Nazirliyi: “Şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.