Finlandiyanın baş naziri Petteri Orpo ölkəsinin Rusiya ilə sərhədini bağlamaq qərarının daha bir ay uzadılacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Finlandiyanın ictimai yayımı YLE-yə danışan Orpo, sərhədi bağlı saxlamaq üçün “kifayət qədər” məlumata sahib olduqlarını ifadə edərək, “Məndə olan məlumata görə, Rusiyada heç bir şey dəyişməyib. Düşünürəm ki, təhdid riski də dəyişməyib”. qiymətləndirməsini edib.
Rusiya sərhədinin daha bir ay bağlı qalacağını təsdiqləyən Orpo, ölkənin təhlükəsizliyini təmin etmək üçün daha çox hərəkətə ehtiyac olduğunu qeyd edib.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatını davam etdirəcəyinə dair “aydın işarələr və təhdidlər” olduğu müddətcə sərhədin açılmayacağını bildirən Orpo, sərhədlə bağlı hökumət qərarı ilə bağlı qiymətləndirmələrin davam etdiyini bildirib.
Hökumətin yaxın günlərdə şərq sərhədi ilə bağlı yeni qərar verəcəyi gözlənilir.
Şayəstə Hüseynova






