Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində yaradılan Koordinasiya Mərkəzi 2 aya hazır olacaq.
Elchi.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ən yaxın zamanda, hazırda ofisdə təmir işləri həyata keçirilir:
“Etik komissiyalar da həmin mərkəzində fəaliyyət göstərəcək. Bütün detallar ofisin açılışı zamanı bildiriləcək. Mərkəzin əsas məqsədi orqan köçürülməsinə ehtiyacı olan şəxslərin mərkəzləşdirilmiş bazasının yaratmaq, orada tibbi cəhətdən ədalətli prioritet sıraların qurulması, eləcə də mövcud olan orqan donor bazasının yaradılmasıdır. Əsas mövzu meyit donorları ilə bağlıdır. Bununla bağlı kifayət qədər böyük iş görülür. Artıq təlimlər keçirilir. Azərbaycanda artıq beyin ölümü meyarları qəbul olunur. Bu baxımdan həmin prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri gedir. İnanırıq ki, qısa müddətdə koordinasiya mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyət digər qabaqcıl ölkələr kimi bu proses tam şəffaf şəkildə icra olunacaq”.






