Avropa ölkələrində İslam peyğəmbəri Hz.Muhəmmədi (s) təhqir etmək cəhdi bu günümüzlə
məhdudlaşmır
Belə hadisələrdən biri də Osmanlı sultanı ikinci Əbdülhəmid xanın hakimiyyəti illərində Fransada baş verib.
“A24.az” məlumat verir ki, tarixi keçmişdə də bu kimi hallara təşəbbüs göstərilib. 1890-cu illərdə fransız yazar “Muhəmməd” adlı tamaşa ilə İslam peyğəmbərini (s.a.s) təhqir etmək istəyib. Bu hadisədən qəzəblənən Osmanlı sultanı Əbdülhəmid xan Fransaya nota verib. Fransızlar bu notadan narahat olub, öz elçilərini Osmanlıya göndərir. Sultan elçiləri saatlarla qəbulda gözlətdikdən sonra, onların qarşısına savaş qiyafəsi ilə çıxıb. Bir əlində qılıncı, o biri əlində ayaqqabısını tutan sultan fransızlara belə müraciət edib: “Siz bu davranışınızla İslam dövlətinə qarşı savaş elan etdiniz. Sizi xəbərdar edirəm, əgər Fransa bu səhnənin dayanması üçün təşəbbüs göstərməzsə, ayaqqabılarımın üzərinə basdığım kimi, o teatırın üstünə basaram”. Elçi qorxusundan nə edəcəyini bilmir və dərhal Fransaya qayıdaraq vəziyyətin zənn etdiklərindən daha ciddi olduğunu onlara başa salır. Fransa üzr istəyərək, Osmalı sultanına bu məzmunda bir məktub yazır: “Tələbinizi yerinə yetirmiş durumdayıq. Ümid edirik ki, bu hadisə iki dövlətin bağlılığını kölgə altına salmaz”. Fəqət bu fransız yazar qovulunca öz ssenarisini səhnələşdirmək üçün İngiltərəyə səfər edir və orada bu alçaq təşəbbüsün həyata keçirmək istəyir. Osmanlı sultanı, bu dəfə Böyük Birtaniya kralına xəbərdarlıq edən məktub yazır: “Allaha and olsun ki, əgər bu səhnəni, Rəsulullaha (s.a.s) qarşı olan bu təhqirləri durdurmasanız, Allah yolunda cihadı (savaşı) elan edərəm”.
Bu məktubdan sonra həmin əsərin səhnələşdirilməsi İngiltərədə də qadağan edildi. (Avropa.info)



