ABŞ-ın müdafiə naziri Lloyd Ostin iyulun 28-29-da Avstraliyaya səfər edəcək və iyulun 21-də başlayan 13 ölkənin Silahlı Qüvvələrinin genişmiqyaslı “Talisman Saber” təlimində iştirak edən hərbçilərlə görüşəcək.
Elchi.az CNN.com-a istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib.
“Nazir 33-cü illik Avstraliya-ABŞ Nazirlər Konfransında həmkarları ilə görüşmək üçün dövlət katibi Entoni Blinkenə qatılacaq. Sonra o, “Talisman Saber” irimiqyaslı hərbi təlimlərində iştirak edən ABŞ və Avstraliya hərbçiləri ilə görüşəcək”, – deyə departamentin nümayəndəsi bildirib.
Qeyd edək ki, iki həftəlik “Talisman Saber” hərbi təlimində 13 ölkədən 30 min hərbçi iştirak edir. ABŞ mütəxəssislərinin rəhbərliyi altında onlar“silahlı qüvvələr arasında operativ qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş manevrlər həyata keçirirlər. Təlimlər çərçivəsində arxa dəstək xidmətlərinin əməkdaşlığının təkmilləşdirilməsi, dəniz desantlarının desantlarının, quru qoşunlarının manevrlərinin, hava və dəniz əməliyyatlarının həyata keçirilməsi planlaşdırılır.
İştirakçı ölkələr Avstraliya, Böyük Britaniya, Almaniya, İndoneziya, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, ABŞ, Tonqa, Fici, Fransa, Cənubi Koreya və Yaponiyadır. Filippin, Sinqapur və Taylandın nümayəndələri müşahidəçi qismində iştirak edirlər.
Yeganə




