“Ovçular evi”nin ərazisində park salınacaq” – İcra hakimiyyətindən açıqlama

>

“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində mədəniyyət və istirahət parkı salacaq. Həmin ərazidə heç bir tikinti işləri aparılmayacaq”.

Bunu da oxuyun

APA-nın məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib. İ. Mehdiyev parkın yaya qədər istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə ərazidə yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728