"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Oyna, gülüm, oyna” – İsrafil İsrafilovun məhkəməDAVASI

07 Oktyabr 2015 - 09:09
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu gün Nəsimi rayon məhkəməsində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun sənətşünas Ənvər Börüsoya qarşı iddiasına dair növbəti proses keçirilib. Lent.az-ın məlumatına görə, məhkəmə prosesində teatrın aktyorları – xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Telman Əliyev,  Füzuli Hüseynov, Əli Nur, əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, aktyorlar Elnur Qədirov, Mətləb Abdullayev, Elçin Əhmədov və Dilarə Nəzərova iştirak edib.

 

Hakim Rəşid Səmədovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Ə. Börüsoy məhkəmə prosesinə qatılsa da, qarşı tərəf olan İ. İsrafilov bu dəfə də prosesdə iştirak etməyib. Onu vəkili Nadir Qəmbərov təmsil edib. Əvvəlcə sənətşünasın vəkili Şakir Həşimov şahid qismində N. Mehdixanlı, T. Əliyev, Ə. Nur və A. Hacıbabayevin dindirilməsini istəyib.

İ. İsrafilovun vəkili bu təklifi qəbul etməyib. Hakim də şahidlərin dindirilməsini maraqsız hesab etdiyini bildirib: “Akademik Milli Dram Teatrının bir çox aktyorları İsrafil İsrafilova qarşıdır. Yəqin ki, onlar direktorun əleyhinə olan çıxışlar edəcəklər, şahidlərsə tərəfsiz insanlar olmalıdır”.

 

Daha sonra hakim vəkil Ş. Həşimovun sənətşünasın məqalələrinin ekspertizaya təqdim edilməsi haqqında vəsadətini əsaslandırmasını istəyib. Vəkil bildirib ki, Ə. Börüsoyun Akademik Milli Dram Teatrı haqqında olan yazılarında İ. İsrafilovun şəxsiyyəti tənqid olunmur: “İsrafil İsrafilov deyir ki, sənətşünas “Oyna, gülüm, oyna”, “100 qoyundan 250 baş almaq” kimi və s. məqalələrində şərəf və ləyaqətinə toxunulur. “Oyna, gülüm, oyna” tanınmış teatrşünas-alim İslam İbrahimovdan olan sitatdır. Müəllifin yazısında sərbəst olaraq sitatlardan istifadə etmək haqqı var. Biz ekspertiza üçün dilçi alimlərə müraciət edəcəyik. Onlar araşdırsınlar görsünlər ki, Ə. Börüsoyun yazılarında İsrafil İsrafilov təhqir edilir, ya yox? Yeri gəlmişkən, mən bildirim ki, İ. İsrafilov haqqında müxtəlif elm adamları, dramaturqlar tərəfindən yazılan 42 dənə tənqidi yazı var. Həmin yazılarda İ. İsrafilov haqqında daha ciddi arqumentlər var, nəinki Ə. Börüsoyun yazılarında”.

 

Məhkəmə boyu yalnız bu yerdə İ. Israfilovun vəkili Nadir Qəmbərov söz alaraq vəsatətə münasibətini bildirib: “Ekspertizaya ehtiyac yoxdur. Ə. Börüsoyun yazılarında tənqid var, bu sözsüzdür. Onun təkcə 7 məqaləsində 16 yerdə İ. İsrafilov, Mədəniyyət və Turizm Nazirliyi və nazir təhqir edilir”.

 

Hakim R. Səmədov yazıların ekspertiza edilməsi barədə vəsatəti qəbul edib: “Ə. Börüsoyun məhkəməyə təqdim edilən yazıları ekspretizaya təqdim ediləcək. İ. İsrafilovun şərəf və ləyaqətinə toxunan məqamlar varsa, buna ekspertiza rəy verəcək.

 

Məhkəmə başa şatdıqdan sonra xalq artisti N. Mehdixanlı İ. İsrafilovun vəkilinə yaxınlaşaraq onu məhkəməyə verməsini xahiş edib. Sənətkar bildirib ki, o, məhkəmədə İ. İsrafilova qarşı durmağa və onu ifşa etməyə hazırdır.

 

Xatırladaq ki, Dram Teatrının direktoru İ. İsrafilov ötən beş ildəki fəaliyyətini, teatr siyasətini sərt şəkildə tənqid edən sənətşünas Ə. Börüsoyu məhkəməyə verib. Avqust ayından indiyə kimi Nəsimi rayon məhkəməsində bu proses davam etməkdədir. İ.İsrafilov Ə.Börüsoyu Cinayət Məcəlləsinin işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqəti alçaltma, böhtan atma maddələri ilə məhkəməyə verib. Akademik Milli Dram Teatrının direktoru sənətşünasdan yazdıqlarını təkzib etməsini, üzr istəməsini və maddi təzminat ödəməsini tələb edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əli Həziquliyevin namizədliyi qeydə alındı

Next Post

Pirverdiyev də yola salınır…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Pirverdiyev də yola salınır...

Cavid Qurbanova, qardaşına «xod» axtaranlar... - MTN Ziya Məmmədovun ətrafını araşdırıb - Şok iddialar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.