“Son zamanlar, yenə də ponzi şirkətlərin və saxta kriptovalyutaların sayı artıb. Hər zaman yenilikləri diqqət mərkəzində saxlayan ölkəmizə də təəssüf ki, maliyyə piramidaların zaman- zaman gəldiyini görürük”. Bunu Elchi.az-a açıqlamasında Blockchain üzər ekspert, kripto start-Upçı Qurbanəli Ömər deyib.
Onun sözlərinə görə fantastik qazanc vəd edən ancaq iş prinsipləri heç bir məntiqə sığmayan bu sistemlərə insanlar pul yatırıb, batırdıqdan sonra ayılırlar:
“Hətta, bəzən batdıqdan sonra hara girdiklərini, nəyə yatırım etdiklərini bilmirlər.
Aldanmaq cahillikdəndi. Öyrənmədən yatırım etmək doğru deyil. Bəs, onda ponzi, saxta firmalarla sağlam kriptovalyutaları necə ayırd edək: Projenin sahiblərinə baxacaqsız, daha öncə hansısa maliyyə piramidalarına sahiblik ediblər? Həmin sistemin komandasına nəzər yetirməlisiz, işlərində peşəkar və şəffafdırlarmı? Kriptovalyutanın arxasındakı proyektin hansı problemi həll etdiyinə, bir yenilik olduğuna, məntiqinə, tələbkarlığına və kriptovalyutanın maksimal sayına fikir verməlidirlər. İnsanlar eyni zamanda marjaya diqqət yetirməlidir. Adətən ən sağlam projelər belə maliyyə açığından bata bilirlər. Gəlirin 90% ni reklamçılara, referralçılara xərcləyən şirkətlərin ömrü uzun ola bilməz. Reklam xərcləri bir yerdən sonra sadəcə mənfəətdən ayrılmalıdır. Doğru zamanda, doğru yerdə olmayan, lazimi investisiya dəstəyi görməyən, sağlam qlobal əlaqələr qurmağı bacarmayan, böyük birjalarla sıx təmasda olmayan, beynəlxalq konfranslarda təmsilçiliyə deyil, sadəcə öz tədbirlərində satış etməyə fokuslanan şirkətlərin də tez bir zamanda bazardan çıxdığını görürük. Xərcləri və reservlərində şəffaf olmayan, yol xəritələri üzrə hərəkət edə bilməyən, idarətmədə problemlər yaşayan, liderləri öz aralarında daima nifaq yaşayan şirkətlər də, inkişaf edə bilmirlər. Qeyd edək ki, yatırım etmədən öncə təlimlərə qatılmalı, sektoru öyrənməlidir ki, vətəndaşlar aldanmasın. Son zamanlar, yenə də ponzi şirkətlərin və saxta kriptovalyutaların sayı artıb. Hər zaman yenilikləri diqqət mərkəzində saxlayan ölkəmizə də təəssüf ki, maliyyə piramidaların zaman- zaman gəldiyini görürük. Fantastik qazanc vəd edən ancaq iş prinsipləri heç bir məntiqə sığmayan bu sistemlərə insanlar pul yatırıb, batırdıqdan sonra ayılırlar. Hətta, bəzən batdıqdan sonra hara girdiklərini, nəyə yatırım etdiklərini bilmirlər. Saxta firmalardan, vaxtı keçmiş kriptolardan, filan, hər zaman uzaq durmaq lazımdır. Bəs onda, doğru yatırım üçün bu gün nə etmək lazımdı? Ay sezonu olduğundan indi Bitcoindən asılı altcoinlərdən uzaq durub, startUp kriptoları araşdırmalıyıq. Mümkün qədər sağlam olanlardan səbət düzəltməliyik. Çünki hər dəfə Bitcoin yüksələndə məşhur olanlar deyil, sezona hazır olanlar yüksəlir”.
Havar Şəfiyeva






