"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Özəbistan Qarabağ zəfərini yüksək dəyərləndirir

16 May 2022 - 21:20
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Elchi.az-a verilən məlumata görə, parlamentin sədri qonaqları səmimi salamlayaraq, bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Spiker bildirib ki, ali və yüksək səviyyəli səfərlər zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin daha da dərinləşməsinə möhkəm zəmin yaradıb. Azərbaycan və Özbəkistan dost, qardaş ölkələrdir. Xalqlarımızı birləşdirən ortaq mədəni, mənəvi dəyərlər əlaqələrimizin daha da inkişafına yaxşı zəmin yaradır.

Spiker Sahibə Qafarova dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolundan danışaraq, hər iki ölkə deputatlarının beynəlxalq platformalarda səmərəli fəaliyyətini qeyd edib. Bildirib ki, deputatlarımız TÜRKPA, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi qurumların işində yaxından iştirak edirlər. Bu cür tədbirlər çərçivəsində keçirilən görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Milli Məclisin sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu söyləyib. O qeyd edib ki, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Söhbət zamanı Sahibə Qafarova qeyd edib ki, Özbəkistan nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında da iştirak edəcək, konfransda müzakirə olunacaq məsələlərə münasibətini bildirəcəkdir.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən danışaraq vurğulayıb ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı öz gücü ilə azad edərək böyük bir Zəfərə imza atdı. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq və abadlıq işləri aparılır.

Səmimi görüş üçün minnətdarlığını bildirən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov ölkəmizə səfərindən və burada gördüyü qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. O, diqqətə çatdırıb ki, hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.

Nurdinjon İsmoilov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini parlamentlərarası əlaqələrin inkişafı kontekstində müsbət dəyərləndirib. Qeyd edib ki, bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Qonaq deputatlarımızın beynəlxalq qurumlarda birgə fəaliyyətinin, o cümlədən İƏT PA-da iştirakının əhəmiyyətindən danışıb. Bildirib ki, İƏT PA-nın Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransında müzakirə olunacaq məsələlər quruma üzv dövlətləri düşündürən məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından önəmlidir.

Qonaq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfəri yüksək dəyərləndirib, Azərbaycandakı inkişafdan məmnunluğunu ifadə edib.

Görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, deputatlardan Ağalar Vəliyev, Afət Həsənova, Aqiyə Naxçıvanlı, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Milli Məclisin Xatirə kitabına ürək sözlərini yazıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Lukaşenko ilə görüşdü

Next Post

BAXCP İdarə Heyəti: “Quru sərhədləri açılsın”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
BAXCP: İnsanlıq əleyhinə cinayət törədənləri lənətləyirik

BAXCP İdarə Heyəti: “Quru sərhədləri açılsın”

Azərbaycan və Türkiyə parlament sədrləri görüşdü

Azərbaycan və Türkiyə parlament sədrləri görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.