“Azərbaycan iqtisadiyyatının bazar iqtisadiyyatı modeli ilə idarə edildiyi iddia olunur. Azərbaycan iqtisadiyyatının təməl prinsiplərindən biri iqtisadiyyatın əsas hissəsini özəl sektor təşkil etməlidir” – bunu Elchi.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.
“Biz bazar iqtisadiyyatı modei ilə iqtisadiyyatı idarə ediriksə dövlət daha çox özəl sektorun inkişafına təkan verməlidir. O cümlədən bu sahədə özəl sektora daha çox önəm və dəstək verilməlidir. Bunun tərsinə olaraq biz Aqroparklar yaratmaqla dövlət mülkiyyətinin genişləndirməsi nə rəvac veririk. Aqroparkların yaradılması eyni zamanda son vaxtlar suyun israf olunmasına gətirib çıxarıb. Nəticədə də ciddi şəkildə təmiz su problemi ilə üz üzə qalmışıq. Bu kimi məsələlərin həllində ciddi araşdırmalar edib, həll yolları tapılmalıdır”.
Havar Şəfiyeva




