“Hal-hazırda ali məktəblərə davam edən ixtisas seçimi zamanı qarşılaşdığım bir neçə narahat verici vəziyyət var. Bu ail təhsil müəssisələrimiz ilə bağlıdır”.
Elchi.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov Feysbuk hesabında qeyd edib.
Ekspertin sözlərinə görə, hətta ən az bal toplayan abituriyentlər özəl universitetləri seçmək istəmir:
“Deyirlər özəl universitetin diplomu tanınmır. İnsanların özəl universitetlərə inamı azdır. Əziz valideynlər, abituriyentlər, Azərbaycan Respubilkası daxilində olan bütün universitetlərin diplomları ölkədə tanınır. İstər özəl, istərsə də dövlət universitetlərinin diplomları eyni hüquqi qüvvəyə malikdir. İşəgötürən tərəfə sizin haranı bitirməyinizi yox, nəyi bitirməyiniz maraqlıdır və əsas da bilik və bacarıqlarınızın səviyyəsi”.
Yeganə




