"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Özəl xəstəxanalara göndərişlər dayandırılıb? – Rəsmi

27 Dekabr 2023 - 18:22
in CƏMİYYƏT

Sosial şəbəkədə özəl klinikalara icbari tibbi sığorta ilə göndərişlərin verilməsinin dayandırılmasına dair məlumat yayılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Elchi.az-a bildirilib ki, Agentliyin 30 noyabr 2023-cü il tarixli 34 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”nda dəyişiklik edilib:
“Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir. Əvvəlcə TƏB anlayışına aydınlıq gətirmək istərdik. Qeyd edək ki, ümumilikdə 14 TƏB var. TƏB TƏBİB-in tabeliyinə verilən dövlət tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Bir TƏB-ə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib. 1 TƏB-ə aid nümunəni diqqətinizə çatdırırıq: Şəki-Zaqatala TƏB-inə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları daxildir. Əvvəlki qaydaya görə vətəndaşa öz ərazisində və ya TƏB-in daxilindəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndərilirdi.
Məsələn, Qaxda yaşayan şəxsə həmin ərazidə və ya Şəkidəki xəstəxanada xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən məsələn, Mingəçevirdə olan dövlət tibb müəssisəsinə göndərilirdi. Yeni qaydaya görə isə, şəxsə həmin ərazidə və ya TƏB-in daxilindəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən pasiyentin seçiminə əsasən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir.
Məsələn, Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilindəki Şəki rayonundakı dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-ə aid olan Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndəriş verilir. Yəni əvvəlki qaydadan əsas fərqi və üstünlük ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir”.
“Bununla yanaşı, vətəndaş seçdiyi digər TƏB-dəki dövlət tibb müəssisəsində, məsələn, Mingəçevirdə tibbi xidmətdən yararlana bilmirsə bu zaman müalicə həkimi tərəfindən həmin TƏB-in ərazisində yerləşən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndərilir. Yəni vətəndaş yenidən öz yaşadığı əraziyə qayıtmadan xidmətdən yararlanır” – məlumatda qeyd edilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda bu tarixdə qısaldılmış iş günü olacaq

Next Post

ABŞ daha bir genişmiqyaslı müharibənin başlamasına icazə verdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
ABŞ daha bir genişmiqyaslı müharibənin başlamasına icazə verdi

ABŞ daha bir genişmiqyaslı müharibənin başlamasına icazə verdi

Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.