"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Öz haqqımızı istəyirik… – Tatar Bakıdan mesaj verdi

13 Oktyabr 2023 - 18:00
in MÖVQE

Elchi.az Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarın Teleqraf.com-a müsahibəsini təqdim edir:

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

– Cənab prezident, Şimali Kipr Türk Respublikası ilə Azərbaycanın hazırkı əlaqələrini necə dəyərləndirirsiniz?

– Biz hər zaman Azərbaycanı Can Azərbaycan və qardaş ölkə olaraq görürük. Eyni millətin övladıyıq. Azərbaycandan ali məktəblərimizdə çalışan və oxuyan müəllim və tələbələr var. Mədəniyyət və incəsənət tez-tez ölkəmizə təşrif buyururlar. Hesab edirəm ki, bütün bunlar yavaş-yavaş rəsmiyyətə çevriləcək.

Bilirik ki, Avropa Birliyi və bəzi ölkələr bizə görə Azərbaycana təzyiq göstərməyə çalışırlar. “Qəti şəkildə Şimali Kipr Türk Respublikasını tanımayın” deyə narahatlıq yaradırlar. Bu da bizim xalqımıza göstərilən böyük bir haqsızlıqdır. Çünki Kiprdə iki ayrı xalqın nümayəndələriyik.

Kiprdə iki respublika var: Kipr Yunan Respublikası, Şimali Kipr Türk Respublikası. Kipr Yunan Respublikasını tanıyırlar, amma Şimali Kipr Türk Respublikasını silməyə çalışırlar. Amma biz mübarizəmizdən geri çəkilmədik, necə Azərbaycan, eləcə də biz. Müstəqillik, azadlığımız bizim fəzilətimiz və ən böyük zənginliyimizdir.

Heç vaxt müstəqilliyimizdən, azadlığımızdan geri dönməyəcəyik. Bu müqəddəs yolu sonuna qədər davam edəcəyik. Çünki bizim arxamızda Türk dünyası, Türkiyə var. İndi Azərbaycan kimi digər türk dövlətləri də olacaq. Çünki sizlərin bir parçasıyıq, sizlərlə birlikdəyik. Eyni millətin övladı olaraq haqqımızı almağa çalışırıq. Haqqımızdan artıq heç nə istəmirik.

Bizim kiminsə haqqında gözümüz yoxdur. Biz öz haqqımızı istəyirik. Öz haqqımız da beynəlxalq əlaqələrdən, tariximiz, keçmişimiz, müstəqilliyimizdən asılıdır. Bu da Şimali Kipr Türk Respublikasının var olmasıdır, davamıdır. Ona görə də Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi bizim üçün çox önəmlidir. Tanınma məsələsi bir qədər sonra ola bilər, amma iki ölkə arasında əlaqə çox yaxşı bir mərhələyə gəlib. Bundan məmnuniyyətimizi ifadə etmək istəyirik.

– Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə Şimali Kiprin nümayəndəsinin iştirakını, öz bayrağı ilə təmsil olunmasını xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaq. Azərbaycan Prezidentinin bu fikirlərinə kiprlilərin reaksiyası necə oldu?

– Biz bayrağımızın Azərbaycanda dalğalanmasını xoş anlarla qarşıladıq və dəyərləndirdik. Prezident İlham Əliyevlə dəfələrlə görüşmüşük. İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan ehtiramı və aralarındakı münasibət çox gözəldir. Türkiyənin mövqeyi bəllidir. Nazirlərimiz, millət vəkillərimiz tez-tez Bakıya gəlib gedirlər. Hazırda da mən Bakıdayam və gördüyünüz kimi Şimali Kipr Türk Respublikasının bayrağı da Azərbaycandadır. Cənab Prezident İlham Əliyevə verdiyi böyük dəyərə görə çox təşəkkür edirik.

– Ölkələrimiz arasında daha çox hansı əlaqələri daha çox inkişaf etdirə bilərik?

– İki ölkə arasında iqtisadi, mədəniyyət və turizm sahələrində əlaqələri daha da inkişaf etdirə bilərik. Şimali Kipr Türk Respublikasında çox gözəl otellər var və turizm imkanları genişdir. Azərbaycanlı turistləri Şimali Kipr Türk Respublikasında gözləyirik. Eləcə də tələbələri universitetlərimizə dəvət edirik. Bir çox fərqli – kənd təsərüffatı, sənaye sahəsində əlaqələrimizi genişləndirə və birgə layihələr həyata keçirə bilərik. Təbii ki, Şimali Kipr Türk Respublikasında təbii sərvətlər zəngindir. İnşallah, gələcəkdə bu istiqamətdə də əməkdaşlığımız ola bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin MDB liderlərini Moskvaya dəvət etdi

Next Post

Əfqanıstan zəlzələ baş verib

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Əfqanıstan zəlzələ baş verib

Əfqanıstan zəlzələ baş verib

İsrail quru əməliyyatına hazırlaşır

İsrail quru əməliyyatına hazırlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.