"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Öz partiyanızda üsyana qalxın, liderlərinizi devirin”

28 Oktyabr 2015 - 17:31
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Öz partiyanızda üsyana qalxın, liderlərinizi devirin”

Yeni AXCP-nin sədri gəncliyə və müxalifət liderlərinə səsləndi; Kərimli qanadının qurultayı ilə bağlı məhkəməyə müraciət hazırlanır

 
Azərbaycan Xalq Cəbhəsi ətrafında cərəyan edən proseslər davam edir. Buna səbəb qurum daxilindəki narazı qanadların keçirdikləri qurultay, Ədliyyə Nazirliyinin hansı tərəfi tanıyacağı ilə bağlı yaranan suallardır.
AXCP-nin Əli Kərimli qanadı artıq sentyabrın 27-də keçirdiyi qurultayın nəticələrinin tanınması ilə bağlı Ədliyyə Nazirliyinə sənədləri təqdim edib. Razi Nurullayev qanadı isə hələ də qurultay sənədlərini təqdim etməyib. Narazı tərəf Kərimli qanadının saxta qurultay keçirdiyi iddiası ilə məhkəməyə müraciət edəcək.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında yeni AXCP-nin sədri Razi Nurullayev məlumat verdi: “Ədliyyə Nazirliyinə sənədləri hələ də təqdim edə bilməmişik. Amma sənədlər tam hazırdır. Bununla bağlı mətbuata açıqlama verəcəyik. Biz bu məsələyə sıradan bir məsələ kimi yanaşmırıq. Ciddi hüquqşünaslarla məsləhətləşmələr aparmışıq. Mərhələ-mərhələ addımlarımızı atırıq. Burada Azərbaycan siyasətinin gündəmini dəyişəcək hadisədən söhbət gedir. Səhv etmək istəmirik. AXCP-nin hüquqi təmsilçiliyinin əldə olunmasında israrlıyıq. Hər bir sənədin üzərində əsirik. Sənədləri təqdim edəndə mətbuata açıqlama verəcəyik”.
R.Nurullayev sənədlərin yubanmasının onlara problem yaratmayacağı qənaətindədir: “İndiki mərhələdə sənədlərin gecikməsinin bizə problem yaradacağını  demək olmaz. Sənədlərimizin gecikməsi ilə bağlı Ədliyyə Nazirliyinə izahat göndərmişik. Hüquqşünaslar məsləhətləşmələr aparırlar. Çox yaxın zamanda sənədləri nazirliyə təqdim edəcəyik”.
Yeni AXCP-nin sədri əks qanadın qurultayı ilə bağlı məhkəməyə şikayət edəcəklərini bildirdi: “Kərimlinin qurultayının legitim olmasını qəbul etmirik. Bununla bağlı ciddi əsaslarımız var. Məhkəməyə yəqin ki, müraciətimiz olacaq. Düşünürəm ki, bu ciddi gündəm yaradacaq. Müəyyən faktlar toplamışıq. Biz əsl AXCP-nin bərpa olunmasında, Elçibəy ruhunun partiyaya qaytarılmasında israrlıyıq. Ədliyyə Nazirliyinə və məhkəməyə müraciətimizin hansının tez olacağı ilə bağlı hüquqşünasıların yerinə danışa bilmərəm. Hüquqi çərçivədə atılmalı olan addımlar həyata keçirilir. Çalışırıq ki, xeyrimizə olmayan vəziyyət yaratmayaq. Onu da qeyd edim ki, nazirlik və məhkəməyə müraciət məsələsi bu həftə həllini tapa bilər”.
R.Nurullayev bəzi siyasi düşərgələrin Kərimli qanadını AXCP kimi tanımalarına da toxundu: “Bu, əleyhimizə işləyə bilməz, əksinə, xeyrimizədir. Bizə gələn mesajlar da bunu deməyə əsas verir. Müxalifətə yeni simalar, yeni ruh gətirmək istəyimiz Əli Kərimliyə görə deyil. Sadəcə, AXCP-çi olduğumuza görə bütün proseslər AXCP üzərində cərəyan edir. Daha çox da Əli Kərimlinin adı hallanır. Məqsədimiz köhnə uğursuz siyasətçilərin siyasi səhnədən getmələrinə nail olmaqdır. Bunun da yolu yeni qüvvənin, yanaşmanın ortaya çıxmasıdır.  İnsanların yeni qüvvələrə inamlarının geri qaytarılması da əsas məqsədlərimizdən biridir. Bu proseslərin sonunda köhnə siyasətçilər tarixə gömüləcək. Təkcə Əli Kərimli yox. Möhtəşəm qurultaydan sonra bizi özlərinə rəqib görənlər çox narahat oldular. Onlar Azərbaycanda yeni qüvvələrin  siyasi səhnəyə çıxmalarında maraqlı deyillər. Çünki bu onarın sonu deməkdir. Bunun üçün də ənənəvi müxalifəti öz aralarında bir neçə il də cəmiyyətə sırımaq istəyirlər. Onlar Əli Kərimliyə dəstək verməklə özlərinin xilasolma yollarını göstərirlər. Siyasi səhnədə parlamağımız, hər gün artan uğurlarımız onları ciddi narahat edir. Biz onların sonunu gətirəcəyik. Təbii ki, heç kəsin sonunu istəmirik. Uğursuzluqlarına görə sədrlik postundan getməlidirlər. Bu bütün siyasi partiyalara aiddir. İndiyə qədər digər siyasi partiyalarda olan gənclərə səslənmişəm, yenə də səslənirəm. Öz partiyanızda üsyana qalxın, liderlərinizi devirin, yeni nəfəs, yanaşma, ideoloji xətt gətirin. Azərbaycanın xilası budur. Əbülfəz Elçibəy də bunu istəyirdi. Bizə rəqib olanlar, Əli Kərimlini dəstəkləyənlər siyasi səhnədən getməlidirlər”.
Yeni AXCP-nin sədri siyasi partiyalarda gənclərin liderlərə qarşı mübarizələrinin təzahürlərinin yarandığını da qeyd etdi: “Qəlbimdə bu işə başlayanda tərəddüdlər var idi. Prosesin uğursuz olacağından, nəticə əldə edə bilməyəcəyimdən, cəbhəçilərin məni dəstəkləməyəcəyindən qorxurdum. Çox çətinliklər çəkirdim, gecələr yata bilmirdim. Sonunda qolumu çırmaladım, cəsarətlə danışdım, heç bir siyasi oyunda iştirak etmədim. Doğru bildiyim yolu dostlarımla getdim. On illərlə qəlblərdə yığılıb qalan ifadələri siyasi liderlərə qarşı işlətdim. Sonunda 1988-90-cı illərin abı-havasında olan qurultay keçirərək, insanların inamını geri qaytardıq. Avqust ayından bu günə qədər siyasətdə çaxnaşma yaratmağı bacardıq. Uğurumuz budur. Bundan ruhlanan minlərlə gənc var. Onlardan gələn mesajlar var. Biz digər siyasi partiyalarda rəhbərliyə qarşı mübarizə aparan gənclərin yanındayıq, onları dəstəkləyirik, sona qədər də bu belə olacaq. Onların bir neçəsi ilə də görüşüm olub. 2016-cı ildə Azərbaycan üçün dəyişiklik ili olacaq. Bu dəyişiklik ilk növbədə siyasi partiyalardan başlamalıdır. 2016-cı ildə siyasi partiyalardakı liderlər əllərində saxladıqları kresloları itirəcəklər. Onları devirəcəyik, həmin insanları devirmək üçün gənclik olaraq ayağa qalxın, heç nədən qorxmayın, biz sizlərin yanındayıq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“ASAN Xidmət” rüsumları açıqladı – SİYAHI

Next Post

Müsavat geri çəkildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Müsavat geri çəkildi

Şairə şeirə görə töhmət verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.