Özbəkistanın paytaxtı Daşkənddə şirkət anbarında baş verən partlayış nəticəsində yaralananların olduğu açıqlanıb.
Elchi.az xəbər verir ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, Daşkəndin Sergeli rayonunda bir şirkətin anbarında naməlum səbəbdən partlayış baş verib.
Partlayış nəticəsində xəsarət alanlar olub.
Yaralılar xəstəxanaya aparılarkən, yanğını söndürmək üçün əraziyə yanğınsöndürmə briqadaları sövq edilib.
Digər tərəfdən, Daşkəndin bir çox yerində partlayış səsi eşidilərkən, vətəndaşlar sosial şəbəkədə partlayışın görüntülərini paylaşıblar.
Nuranə Məmmədova




