Özbəkistanda bu gün baş tutan növbədənkənar prezident seçkilərində yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 12:00) olan məlumata görə, seçicilərin artıq 52,16% səs verib.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin MSK-nın sədri Bəhram Kuşkarov məlumat yayıb.
“Ümumilikdə saat 13:00-dək 10 milyon 052 minə yaxın seçici və ya seçicilərin 52,16%-i səs verib. Özbəkistanda seçkilərin baş tutması üçün seçicilərin iştirak həddi 33%-dir və bu hədd təxminən üç saatlıq səsvermə zamanı keçilib”, – o bildirib.
Kuçkarov qeyd edib ki, indiyə qədər MSK-ya 82 şikayət və müraciət daxil olub. Onların hamısı yoxlanılacaq.
Xatırladaq ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq.
***
Özbəkistanda prezident seçkilərində səsvremə başa çatıb.
Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) bağlanıb.
Saat 7:00-a olan seçici fəallığı 69,85 faiz təşkil edib (13,4 milyondan çox insan səs verib). Yekun seçici fəallığı daha sonra dərc olunacaq




