"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Özbəklərin törtədiyi siyasi qətlin sirri açılır

06 Fevral 2015 - 16:12
in XƏBƏR LENTİ

Özbəklərin törtədiyi siyasi qətlin sirr pərdəsi açılırÖzbək dindar kimi tanınan Abdulla Buxarinin Türkiyədə öldürülməsinin təfərrüatları ortaya çıxıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, cinayət tapşırığı internet vasitəsilə verilib. Abdulla Buxari 10 dekabr 2014-cü ildə İstanbulun Zeytunburnu səmtində öldürülüb. Cinayyətlə bağlı həbs olunan Eldar A. hadisənin bütün təfərrüatını danışıb.
“Şaşa olaraq tanıyırdım”
 Sui-qəsdin həyata keçirilməsinə kömək etməkdə günahlandıran Eldar A. bildirib ki, 3.5 ay əvvəl Sultan K. vasitəsiylə Sobir adlı biri ilə Antaliyada tanış olub. Eldar A. Deyib: “Mən onu Şaşa olaraq tanıyırdım. Adının Sobir olduğunu sizdən öyrəndim. Türk dilini bilmədiyi üçün ona tərcüməçi olmağımı istədi. Alacağı olduğunu, iki ayda mənə 3-4 ayda qazanacağım maaşı verəcəyini dedi. İşlərim yaxşı olmadığı üçün qəbul etdim. Noyabrın 20-də Antaliyada adıma kirayə götürdüyümüz maşınla Ankaraya getdik. Ankarada rəfiqəmin evində qaldıq. Sobirə borcu olan birini axtarmağa getmişdik”.
Təlimat Mişadan gəlib 
Eldar bildirib ki, Sobir internet vasitəsiylə xarici ölkədə olan Mişa adlı şəxs tərəfindən idarə olunurmuş: “İnternet vasitəsiylə ünvanlar haqqında məlumatlar gəlirdi. Mişanın profili pələng şəkili idi. Hər danışanda “Mişa” deyərək xitab edirdi. Mişa adlı şəxsin xaricdən bunu istiqamətləndirən şəxs olduğunu düşünürəm. Pələn şəkilli profilin göndərdiyi ünvanlara getdik. Bu ünvanlarda heç kimlə görüşmədik, sadəcə olaraq baxıb geri qayıdırdıq.
Ankarada 4 gün qaldıqdan sonra mən Sobir, Qurban adlı şəxs İstanbula getdik. Qurban həmin gün Qazaxıstana getdi. Biz isə Sobirin kirayə qaldığı evə yerləşdik.
Zeytunburnunda 8 günlük kəşfiyyat 
Eldar bildirib ki, İstanbulda qaldıqları müddətdə tez-tez Zeytunburnu səmtinə gediblər və hadisədən əvvəl 8 gün müddətində səmtdə kəşfiyyat aparıblar: “İstanbul şəhərində qaldığımız müddət ərzində intensiv olaraq Zeytinburnuna gedirdik. Mən ona buraya nə məqsədlə gəldiyimizi soruşanda cavab verdi ki, borclu olan birini tapmağa gəlib.
Özbək Dərnəyi olaraq xatırladığım bir dərnək vardı. Həmin dərnəyə hey baxırdı. Zeytinburnuna gedəndə fərqli yollardan getməyə çalışırdı. Bir dəfə maşından düşərək gedəndə, bir radar olduğunu gördü və təlaşa düşdü. Dərhal ara küçəyə girdi. Mənə dedi ki, bir daha bu küçədən gəlməyək. Radara baxıb vahiməyə düşdü. Elə bu anda Sobirin qanunsuz iş görəcəyini anlamışdım. Bir daha o küçəyə girmədik. Fərqli yollardan istifadə edirdik”.
Müəmmalı Tuzla səfəri
Eldar bildirib ki, Tuzla istiqamətinə gedən yolda adını bilmədiyi, sadəcə villaların olduğu bir ünvana 3 dəfə gediblər: “Burada yaşayan ata və oğulun ona borclu olduğunu deyirdi. Mənə adlarını, haralı olduqlarını söyləmədi. Sobir bu villaların şəkillərini çəkdi. Əgər silməyibsə hələ də telefonunda olmalıdır”.
Silahı 2 gün əvvəl aldı
“Sobir 8 dekabrda silahı çantaya qoyub evdən çıxanda mən ona birlikdə getməyi təklif etdim. Mənim onunla getməyimə razı olmayaraq evdən tək çıxdı. Pəncərədən ardınca baxdım. Mənim Maqa olaraq tanıdığım biri ilə görüşdü. silah qoyduğu çantanı Maqa adlı şəxsə verdi və təkrar evə gəldi. Sobir bu silahı hər gün təmizləyirdi. Silahın üzərində gürcü yazıları var idi. Lüləsi uzun silah idi. Sobir silahı Maqaya verəndən sonra o silahı bir də görmədim”.
 
Mişanın zəngindən 1 gün sonra sui-qəsd
“9 dekabr 2014-cü ildə Mişa Sobirə zəng etdi. Bu zəngdən sonra Zeytinburnuna getdik. Məscidin küçəsindən hadisə baş verən küçəyə girdik. Maşını saxladıq. Yeriyərək dərnəyin olduğu yerə getdik. O gün içki alıb evə qayıtdıq. 10 dekabr səhəri Sobir məni oyatdı. Görüşü olduğunu dedi. Təkrar Zeytinburnuna getdik. Mənə maşında qalmağımı tapşırdı. Sükanın yanında, sağ oturacaqda oturmuşdum. Yuxusuz olduğum üçün məni maşında yuxu tutdu. Küçəyə zibil maşını girəndə oyandım ki, Sobir hələ də yoxdur.
“Gödəkçə və papaqsız qayıtdı”
“Təxminən 1 saat sonra Sobir tələsik maşına oturdu və qızların Aksarayda gözlədiyini dedi. Maşından düşərkən qara gödəkçə və papağı var idi. Maşına minəndə nə papaq, nə də gödəkçə yoxdu. Gödəkçə və papağa nə olduğunu soruşanda bildirdi ki, islandığına görə atıb. Aksaraya gəldik. Məni maşından düşürdü və dedi ki, qızlar gələcək, sən gözlə, mən də indi gəlirəm. Sobir gəlib mənə maşını 2 gün sürməməyimi tapşırdı. Bu sözə görə onunla mübahisə etdim”.
Tilov qaytanını boynuma dolamağa çalışdı
“Bir müddət sonra Maqa olaraq tanıdığım Zəlimxan adlı şəxs də yanımıza gəldi. Mən maşına görə Maqa ilə də mübahisə etdim. Onu itələyərək ayaqyoluna getdim. Yanımda olan qadın da arxamca gəldi. Nərdivanları düşəndə Maqa arxadan gələrək çiynimdən tutdu. “Sən kimsən ki, belə danışırsan” deyərək əlindəki tilov qaytanını boynuma dolamağa çalışdı. Əlimlə itələdim, qadınlar da qorxudan qışqırdığı üçün məni buraxdı. Mən ayaqyoluna girdim, qayıdanda isə Maqa yox idi. Rəfiqəmlə oradan uzaqlaşıb avtobusla Ankaraya getdik. Sobir zəng etdi və məni İstanbula çağırdı. Mən də Bursada olduğumu bildirib telefonu söndürdüm. O gün televizorda Zeytinburnunda dərnəyin qarşısındakı cinayyət hadisəsini gördüm. Elə o an anladım ki, o hadisəni bunlar törədib. Mənə aydın oldu ki, hadisəni törədən Maqa kimi tanıdığım Zəlimxandır. Şaşa kimi tanıdığım Sobir Maqanı yönləndirirmiş”-Eldar deyib.
3 nəfər həbs olundu
Qeyd edək ki, özbək ruhani olaraq tanınan Abdulla Buxari 10 dekabr 2014-cü ildə Quran dərsi verdiyi dərnəyə girərkən bir nəfər arxadan silahla yaxınlaşaraq vurmuşdu.
Hadisə günü çeçen əsilli Rusiya vətəndaşı Zəlimxan killer olduğu iddiası ilə həbs edilib. Daha sonra Sobir və Eldar həbs edilib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə naziri cəbhəboyu zonada yeni hərbi hissənin açılışını etdi – FOTOLAR

Next Post

“Əl-Şəbab”ın komandiri öldürüldü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Əl-Şəbab"ın komandiri öldürüldü

Gədəbəydə müəllimin döydüyü məktəbli özünü asıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.