Bakının Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində qeyri-adi hadisə baş verib. İstilik xətlərinin üzərində
qanunsuz tikinti aparan villa sahibi “Azəristiliktəchizat” ASC-nin mütəxəssislərini sıradan çıxan istilik xəttində təmir aparılması üçün həyətinə buraxmayıb.
qanunsuz tikinti aparan villa sahibi “Azəristiliktəchizat” ASC-nin mütəxəssislərini sıradan çıxan istilik xəttində təmir aparılması üçün həyətinə buraxmayıb. Musavat.com-un məlumatına görə, Yeni Yasalamda minlərlə mənzili istiliklə təmin edən borunun villanın həyətindən keçən hissəsində sızma aşkarlanıb. Villada heç kim yaşamadığından, ev sahibi çətinliklə tapılıb. Əraziya gələn villa sahibi mütəxəssislərin həyətdə qazıntı aparmasına razılıq verməyib. O, “Azəristiliktəchizat”ın əməkdaşlarını qapıdan qovub.
Qeyd edək ki, Yasamal rayonunda İcra Hakimiyyəti ilə qeyri-qanuni sövdələşməyə girən şəxslər istilik və telekommunikasiya xətlərinin üzərində tikintilər aparıblar. Nəticədə, xətlərdə nasazlıq olduqda dövlət qurumları maneə ilə qarşılaşırlar. Bunun bir sübutu da “Azəristiliktəchizat”ın minlərlə mənzili istiliklə təminatının bərpası üçün göstərdiyi cəhdlərin bir nəfərin müqaviməti ilə qarşılaşmasıdır.
8 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin rəisi Kamran Nəsirov da Yasamal rayonundakı qanunsuz tikintilərin təmir işlərinə mane olduğunu təsdiqləyib. “Yaşayış evləri tikilib. Bütün xətlər binaların altında qalıb. Bu, mənimmi günahımdır? Yaranan problemlərin tezliklə aradan qaldırılması üçün əlimizdən gələni edirik”, – sahə rəisi Musavat.com-a açıqlamasında deyib. (Musavat.com)






