"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: “Özgə qapılarında sülənirlər…”

02 Avqust 2018 - 14:23
in MANŞET, SİYASƏT

<font color=red><b>“Özgə qapılarında sülənirlər...”</b></font>

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

BAXCP sədri: “Çox təəssüf ki, iqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən kütbeyin insanlar var”

Bəzi sosial şəbəkələrdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin ötən ay ölkədə baş verən təxribatların payızda da təkrar oluna biləcəyi ehtimalları barədə fikirlərinə fərqli don geyindirməyə cəhd göstərilir. Bununla bağlı BAXCP mətbuat xidmətinin sualını cavablandıran Qüdrət Həsənquliyev qeyd edib ki, sosial şəbəkələrdə bəzi şəxslərin belə təxribat xarakterli mülahizələrlə çıxış etməsi təsadüfi deyil: “Çünki bu mülahizələri yayanlar da həmin təxribatları planlaşdıran siyasi dairələrlə bir yerdədirlər. Diqqətlə araşdırsanız görərsiniz ki, həmin şəxslər xarici ölkələrdən dəstək almaq üçün özgə qapılarında necə sülənirlər. Həmin adamların deputat olmaq üçün hansı qapıların ağzında boyun burduqlarını, meymun kimi necə min bir oyundan çıxdıqlarını yaxşı bilirik. Əvvəla, mənim partiyanın mətbuat xidmətinə verdiyim açıqlamanı təkcə APA deyil, ölkənin əksər kütləvi informasiya vasitələri yayıb. İndi də bu fikirdə qalıram ki, payızda təxribatçı qüvvələrin yeni cəhdləri ola bilər. Nəzərə almaq lazımdır ki, həmin dövrdə bəzi dini mərasimlər keçiriləcək və əvvəlki dövrlərdə də belə mərasimlər zamanı təxribatlara cəhdlər olub, həmçinin son təxribatlar da məhz din pərdəsi altında törədilib. Bu səbəbdən də hesab edirəm ki, mənim dediklərimə ciddi yanaşılmalıdır. Ona görə də mən moderator.az saytına açıqlamamda da demişdim ki, 1 il ərzində ölkədə kütləvi yürüşlərin keçirilməsinə moratorium qoyulmalıdır. Mənim haqqımda bu tipli şərhləri yazdıranların özləri antikonstitusion yolla prezident olmaq istəyənlərdir. Dəfələrlə rəsmi mövqeyimi açıqlayaraq bildirmişəm ki, antikonstitusion yolla prezident olmaq istəyənlər yalnız İlham Əliyevə qarşı deyil, həm də Azərbaycan dövlətində qarşı xəyanət yolunu tutanlardır. Belə şəxslərin qarşısında dayanan siyasətçilərdən biri də mənəm. Bir siyasi partiya olaraq BAXCP də hər zaman Azərbaycan dövlətinin konstitusion əsaslarının yanında olub və bundan sonra da olacaq. Amma çox təəssüf ki, iqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var. Zamanında belə kütbeyinlərə Prezident İlham Əliyev də müraciət edərək demişdi ki, kim prezident olmaq istəyirsə, o zaman istefa versin, gedib öz partiyasını yaratsın və açıq formada mübarizə aparsın”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Abşeronda fəhlə ölümünə görə 3 nəfər həbs edildi

Next Post

Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub

Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub

Ticarət Mərkəzində administrator bıçaqlandı – Qıza görə

Ticarət Mərkəzində administrator bıçaqlandı - Qıza görə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.