"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Özünü öldürən gənc qızın məktubu! – Fotolar

12 Avqust 2014 - 17:55
in HADİSƏ

Bakıda intihar edən ana və qızın ölümünün müəmmalı tərəfləri; Müxbirimiz 12 avqust səhəri Bakını img1617452silkələyən dəhşətli qətli araşdırıb; ortaya ciddi müəmmalar çıxıb; hadisə yerində nə bir iz, nə bir qan ləkəsi…

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 10: 30 radələrində, ana və qız özlərini yaşadıqları binanın doqquzuncu mərtəbəsindən ataraq intihar ediblər. Hadisə Bakı şəhəri, Yeni Yasamal 2, bina 10 ünvanında baş verib.

Yasamal Rayon Polis İdarəsindən verilən xəbərdə deyilir ki, bu ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.
Bu dəhşətli hadisənin təfərrüatlarını öyrənmək üçün musavat.com -un əməkdaşı, adı çəkilən ünvana baş çəkib.
Hadisə yerinə təxminən saat 12:30 radələrində çatırıq. Mənzildən gələn ağlaşma səsi binanın həyətindən eşidilir. Evdə hadisəni eşidib gələn qonşular və yaxın qohumlardan başqa heç kim yoxdur. Onlar deyir ki, elə hadisə baş verən kimi evə polis əməkdaşları gələrək, meyitləri tibbi ekspertiza üçün aparıblar. Mərhum ana və qızın ailə üzvləri də onlarla birgə gediblər.
İki üzvü intihar edən ailə haqqında Mərhum Kifayət Abbasovanın  bacısı Bəsti Quliyeva ilə söhbət əsnasında məlum olur ki, intihar edən qadının əsil adı Kifayət yox, Nailə Abbasovadır, qızının adı isə Aytac Fərzəliyevadır. Bacısının sözlərinə görə, Fərzəliyevlər çox kasıb, sakit və mehriban ailə olublar. Ailə beş nəfərdən ibarət imiş. Ailə başçısı Asəf Fərzəliyev, mərhum həyat yoldaşı Nailə Abbasova, oğlu Babək, qızları Aytac (intihar edən) və Aytən ( itkin düşən).
Nailə Abbasova evdar qadın olub, yoldaşı Laçın rayonundan qaçqın düşən Asəf Fərzəliyev isə mal-qara alveri ilə məşğul olub, ailəsini çətinliklə dolandırırmış. İki otaqlı təmirsiz evin kasıb mənzərəsi də, ailənin maddi durumu haqqında çox söz deyir. Yaxınlarının dediklərinə görə, bu günə qədər ailədə heç vaxt ciddi problem yaşanmayıb.
İntiharın ən çox səslənən səbəbi – qaçan qız 
Evdəki qohumlardan və ailənin yaxınlarından intihara səbəb ola biləcək amilləri soruşuruq. Heç kim cavab vermək istəmir. Ən yaxın qohumlar belə hadisədən xəbərsiz olduqlarını deyirlər.
Xəbərdə də qeyd etdiyimiz kimi, ailənin kiçik qızı Aytən Abbasova 4 gündür itkin düşüb. Onun hansısa oğlana qoşulub qaçdığı ehtimal edilir. Ailə üzvləri 4 gündür ki, Aytənin axtarışı ilə məşğul imişlər. Elə intihara səbəb kimi də, ananın qızının itkisinə dözə bilməyib, digər qızı ilə birgə bu addımı atması göstərilir.
Mərhum Nailə Abbasovanın bacısı Bəsti Quliyevanın sözlərinə görə, hadisə vaxtı ailə başçısı Asəf, oğlu Babək və mərhumun qardaşı da evdə olub: “İtkin düşən Aytəni tapa bilmədiklərinə görə, həyat yoldaşı bacımdan qızın şəklini istəyib. Şəkili polisə təqdim edib axtarışa vermək istəyirmiş. Bir müddət keçib və bacım ortalıqda görünməyib. Oğlu Babək anasını səsləyib, cavab gəlməyəndə axtarmağa başlayıb, qonşulardan soruşub. Daha sonra ana və qızın intihar etdiyindən xəbər tutublar. Hər ikisi özlərini yataq otağının pəncərəsindən atıblar. Qaçan qızdan isə heç bir xəbər yoxdur. Onun öz istəyi ilə qaçdığı, yoxsa zorla qaçırıldığı da bəlli deyil.”
İntihar edən qız məktub yazıbmış
Musavat.com -a açıqlamasında, Yasamal Rayon Polis İdarəsindən leytenant Fərid İsmayılov bildirib ki, mərhumun evindən 17 yaşlı Yeganə Abbasovaya ( Aytac ) məxsus məktub tapılıb. Məktubda mərhumun artıq yaşamaq istəmədiyi və ölümündə heç kimin günahı olmadığı qeyd edilib. F. İsmayılov bildirib ki, hələlik intihar faktının təfərrüatları haqqında onlarda olan məlumat bundan ibarətdir: “Hazırda faktla bağlı araşdırma aparılır, meyitlər tibbi ekspertizaya aparılıb. Yəqin ki, daha dəqiq səbəblər təhqiqatın nəticəsində ortaya çıxacaq.”
Onu da qeyd edək ki, ailənin yaxınları ilə söhbət zamanı, hər hansı məktubun olduğu səslənmədi.
İntiharın müəmmalı tərəfləri
Məhrumun bacısı Bəsti Quliyevanın sözlərinə görə, ana və qız intihar edən zaman evdə 3 nəfər ailə üzvü olub. Ancaq Yasamal Rayon Polis İdarəsindən onlarda bu haqda məlumatın olmadığı bildirildi.
Digər tərəfdən, intihar edən şəxslərin dünyasını dəyişdiyi yerə baş çəkərkən orada hadisə ilə bağlı heç bir iz görmədik. Doqquzuncu mərtəbədən yıxılan iki nəfərin heç bir yerinin qanamaması və yerdə qan izlərinin olmaması deyilənlərin həqiqət olması ilə bağlı şübhələr yaradır. Binanın arxa tərəfi olan bu ərazi daşlıq olduğundan buraya yıxılan insanın heç bir xəsarət olmadan dünyasını dəyişməsi inandırıcı deyil.
Nərgiz Liftiyeva
Fotolar müəllifindir











Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Namus üstündə törədilən qətl…

Next Post

Rus saytından sensasion iddia: “Azərbaycan Qarabağa görə 5 milyard dollar təklif edib”

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

Rus saytından sensasion iddia: “Azərbaycan Qarabağa görə 5 milyard dollar təklif edib”

Rusiya gəmisi İsveçə buraxılmadı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.