"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pənah Hüseyn partiya liderləri ilə danışıqlar aparır

19 Yanvar 2016 - 09:44
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Pənah Hüseyn partiya liderləri ilə danışıqlar aparır

“Gənclərin qabağa çıxmaları zamanı gəlib çatıb, imkan yaratmaq lazımdır lider kimi özlərini sınasınlar”

24 yanvarda saat 14.00-da ADP qərargahında müxalifətin böyük toplantısının keçiriləcəyinə hazırlıq getdiyi xəbərlərində təşəbbüsçülər sırasında AXP sədri Pənah Hüseynin də adı çəkilir. Bununla əlaqədar Pənaha Hüseynə müraciət edib məsələyə aydınlıq gətirməsini xahiş etdik. 
Pənah Hüseyn bildirdi ki, belə təşəbbüslər müxtəlif şəxslər tərəfindən  səsləndirilir və ona da bu barədə müraciət edilib və  rəyi öyrənilib. Həmçinin istənilib ki, təklifin reallaşmasında iştirak etsin: “Niyyət mənə faydalı görünüb və həmin tədbirin hazırlanmasına qatılmışam.  Mənim informasiyama və  təsəvvürümə görə 24 yanvar tədbiri müxalifətin, xüsusən böyük toplantısı kimi yox, ictimai siyasi xadimlərin, ekspertlərin, hətta maraq göstərən hər bir  vətəndaşın tədbiri olması, bir növ yaranmış vəziyyət və çıxış yolları mövzusunda ictimai dinləmələr şəklində alınması daha gözləniləndir. Siyasi düşərgədə vəziyyət elədir ki, ölkədə dramatik situasiya yaranmasına, yerlərdə iqtisadi-sosial böhranla bağlı spontan etiraz aksiyaların başlanmasına  baxmayaraq, mövcud  müxalifət liderlərinin bir araya gələrək müzakirələr keçirmək, birgə qərarlar qəbul etmək üçün toplantı keçirməyə həvəsli  olmaları görünmür.  Mən şəxsi münasibət imkanlarından istifadə edərək bəzi siyasətçilərlə fikir mübadiləsi aparmışam. Bu gün vəziyyət belədir. Bəlkə sabah başqa cür olacaq. Odur ki,  toplantı təşəbbüsçüləri ilə söhbətlərdə də demişəm ki, mümkün olanı reallaşdırmağa çalışmaq lazımdır. Yoxsa ictimai rəydə böyük gözləntilər yaradıb, sonra da tədbiri  liderlər,  partiyalar  boykot etdi tipli kimi manşetlərə səbəb olmağa ehtiyac yoxdur”.
 
AXP sədri dedi ki, 24 yanvar tədbiri bu və ya digər formatda yəqin ki, baş tutacaq və iştirakçı tərkibindən asılı olmayaraq faydalı olacaq. Tədbirə yönəlik  maraqlı təkliflər də var: “Daimi fəaliyyət göstərən böhran masası funksiyalı  dəyirmi masanın yaradılması, iqtidarla və siyasi müxalifətlə təmasların qurulması üçün heyətin seçilib  formalaşdırılması, xalq hərəkatının təsis olunması və ya bunun üçün təşəbbüs qrupunun yaradılması, ictimaiyyətin tələblərinin ümumiləşdirilib hakimiyyət qarşısında irəli sürülməsi  məsələlərinin müzakirəyə çıxarılması  kimi təklifləri göstərmək olar”.
 
P.Hüseynin tədbirin vaxtı dəyişdirilə bilərmi sualına cavabı belə oldu ki, şəxsən onun üçün bu gün tədbirin vaxtının dəyişdirilməsi üçün bir səbəb yoxdur. Ancaq sabah belə bir səbəb yaranarsa və  ehtiyac olarsa, ya təklif gələrsə etiraz da etməz.
 
Tədbir baş tutacağı halda aparıcının kim ola biləcəyinə gəldikdə, P.Hüseyn bildirdi ki, bu, iştirakçıların tərkibindən asılı olan məsələdir: “Tutaq ki, əgər iştirak edərlərsə məsələn, Sabir Rüstəmxanlı, professor Firudin Cəlilov, Mehman Əliyev, Natiq Cəfərli, Ərəstun Oruclu  kimi şəxslər sədrlik, aparıcılıq edə bilərlər.  Elə də ola bilər ki, bu gün geniş ictimaiyyətin tanımadığı gənc fəallar moderator olsunlar. Gənclərin qabağa çıxmaları zamanı gəlib çatıb, imkan yaratmaq lazımdır ki, lider kimi özlərini sınasınlar”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib

Next Post

Prezidentdən fövqəladə bəyanatlar – Davosa hazır proqramla…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Prezidentdən fövqəladə bəyanatlar - Davosa hazır proqramla...

Dollar kreditlərində güzəşt

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.