"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pənah Hüseyn: “Yeni mərhələnin lideri olmağa iddialıyam”

11 Noyabr 2015 - 09:00
in XƏBƏR LENTİ

0IP-ywpex4Y

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Siyasi müxalifət üçün əsas məsələ yeni mərhələnin liderlərinin kim olacağıdır”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn parlament seçkiləri, seçkilərdən sonrakı proseslər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Pənah bəy, bu seçkilərin sizə verdiyi ən mühüm cavab nə oldu?

– Məncə, əsas sual – Azərbaycanda demokratiyanın gələcəyi varmı sualı cavabsız qaldı.

– Sizi bu seçkidə sevindirən və məyus edən şeylər nə oldu?

– Məni ən çox sevindirən də insanlar oldu, ən çox məyus edən də yenə adamlar oldu. 150-200 nəfərlik komanda ilə olduqca əlverişsiz şəraitdə 20 günlük bir siyasi həyəcan yarada bildik. Təmənnasız, fədakar komanda və 5-6 min öz iradəsi ilə gəlib Pənah Hüseynə səs verən vətəndaş… Sevindirən bu oldu. Məyus edən də yenə adamlar oldu. Məntəqələrin birinin sədri yaxşı tanıdığım bir cavan həkimdi. Pis oğlan da deyil. Seçkini də normal keçirib. Və mən həmin məntəqəni 185-in 155-ə udmuşam. Protokol da yazıb verib. Bir qədər sonra ona zəng ediblər ki, maşınına narkotik atacaqlar. Mənə bildirdilər  ki, həkimin qorxudan dili tutulub, özündən gedib. Dedim, protokolu qaytarın verin özünə, istədiyi kimi dəyişdirsin. O da dəyişdirib elədi 170-in 171.  Namusuma and içirəm ki, belə olub.

Başqa bir faktı deyim. Anadan olduğum kənddə məntəqə sədri, məktəbin direktoru mənim ən yaxın uşaqlıq dostum olub. Mənim xeyrimə olan nəticəni  uzun müddət zəng edib dairəyə bildirə bilməyib. Dili açılmırmış. Katib Cəlal müəllim onu birtəhər özünə gətirib. Yaxud Suqovuşan məntəqəsində saat yarım bizimlə mehriban söhbət edən 80-ə yaxın yaşı, üstəlik, Hacı olduğu deyilən məntəqə katibini çağırdılar arxa otağa, gəlib birdən-birə qəfildən qışqırmağa başladı ki, ayə, məni niyə döyürsünüz?! Keçdi göz görəsi şərləməyə. Məni məyus edən belə şeylərdi. Hər bir cəmiyyətin, dövlətin gücü, qüdrəti təkcə ordu, iqtisadi güc deyil, həm də bunlardan az olmayaraq  ayrı-ayrı fərdlərin mənəvi gücüdü, əxlaqlı olması, öz ləyaqətini bilməsidi, özünü tanımasıdı. Yəni fərdlərin mənəviyyatı dövlətin milli təhlükəsizlik məsələsidir. Bu deqradasiya edəndə, əvvəl-axır fəlakət qaçılmaz olur. İnsanları bu hala gətirmək, bu hala salmaq olmaz. Ən böyük cinayətlərdən biri budu.

– Adamlar nə üçün qorxurlar? Sabirabadda yəni elə böyük basqı var? Seçki vaxtı hüquq-mühafizə orqanlarının təzyiqi, bu qədər güclü idi?

– Bizim seçkilərdə hər mənada gözlənilməz olan hallardan biri o oldu ki, hüquq-mühafizə orqanları, polis özünü çox korrekt apardı. İnanılmaz görünə bilər, ancaq həqiqətən polisin bütün seçki müddətində prosesə qanunsuz müdaxiləsi kimi dəyərləndirə biləcəyimiz bir fakt belə müşahidə olunmadı. Məsələ  formalaşmış ümumi sosial psixoloji mühitdədir. Bilirsiniz, hər bir adamın, hətta “JEK”də təmizlikçinin, məktəbdə müəllimin, xəstəxanada həkimin və s. hər şəxsin ona pislik edə biləcək  qorxduğu bir şəxs var. Və bu o demək deyil ki, həmin qorxudan subyekt iri vəzifəli şəxsdir. Mən həmişə bu fenomeni başa düşmək üçün siçan, pişik və şir misalını  çəkirəm. Siz heç şirdən qorxan siçan təsəvvür edirsiniz? Siçanlar şiri heç vecinə də almır. Onun qorxduğu pişikdir. Və hər kəsin qorxduğu öz pişiyi var. Hər pişik də kiminsə qarşısında özünü siçan hiss edir. Vəziyyət o vaxt dəyişər ki, şirin nəriltisi gəlsin və pişik yoxa çıxsın. Adamlar da bilsin ki, sən demə, onlar siçan, pişik deyil, adamdırlar. Ancaq şirlər bir qayda olaraq mürgü döyürlər. Həyat belədi.

– Pənah bəy, seçkilər bitdi, müxalifət mandatsız qaldı.  Sizin də içində olduğumuz hakimiyyətlə dialoq kursu bitdimi?

– Bu siyasi kurs seçkilərə hesablanmamışdı və bu səbəbdən də bu seçki ilə də başa çatmır. Mən son dövrdə dəfələrlə təkrar etmişəm, yenə də edim: bu seçki bizim üçün strateji deyil, taktiki əhəmiyyətə malik idi. Odur ki, başlanan kurs, əlbəttə ki, seçkilərin bu şəkildə keçirilməsinin və nəticələrinin yaratdığı siyasi ortam nəzərə alınmaqla, korrektə edilməklə davam etdirilməlidir. Ancaq bu da həqiqətdir ki, 1 noyabr seçkiləri bu prosesi ciddi şəkildə zədələmədi desək doğru olmaz. Həm ictimai rəy, bu kursun effektivliyinə və real nəticələr verəcəyinə olan inam ciddi şəkildə sarsıldı, həm də siyasi müxalifətdə bu kursun səmərəliliyinə olan gözləntilər özünü doğrultmadı. Odur ki, biz indi desək ki, heç nə olmayıb, buna heç kəs inanmaz. Siyasi-psixoloji diskomfort, gərginlik, məyusluq, ruhdandüşmə əlamətləri təbii olaraq açıq görünür. Hər halda, bir müddət reabilitasiya lazım gələcək.

– Yeni tərkibdə Milli Məclisə münasibətiniz nədən ibarətdir? Müxalifət bu Milli Məclisin qeyri-legitim olduğunu və onu tanımadıqlarını bəyan etdi.

– Əvvəlki Milli Məclisə münasibətim necə idisə, bu tərkibə də münasibətim eynidir. Çünki mahiyyətcə nə seçkilərin keçirilməsi üsulunda, nə də fərdi tərkibdə elə bir keyfiyyət dəyişikliyi baş verməyib. Odur ki, “bu Milli Məclisi tanıyırsınız, tanımırsınız”, sualını mən, açığı, aktual hesab etmirəm. Əlbəttə ki, seçkini azad, ədalətli, demokratik seçki kimi tanımıram və hesab edirəm ki, onun tərkibi də real siyasi qüvvələr nisbətini və xalqın azad ifadə olunmuş siyasi iradəsini əks etdirmir. Lakin ortada  Milli Məclis adına bir qurum, bir tərkib var, biz onunla yaşamaqda və işləməkdə davam edirik. Legitimlik məsələsi də elə.

– İqtidarın nə üçün bu seçkilərdə hətta imitasiyon demokratiya modelindən belə imtinası necə izah edilə bilər?

– Biz bəlkə də istəklərimizi ifadə edirik. Ancaq hər halda, deyirik ki, bu seçkilər baş vermiş situasiya iqtidar daxilindəki islahat, dəyişiklik, imitasiya istəyən qüvvələrlə sərt mühafizəkar avtoritar kurs tərəfdarlarının arasındakı mübarizənin, daha dəqiqi, ikincilərin təntənəsinin göstəricisidir. Nə üçün belə oldu? Müxtəlif mülahizələr irəli sürmək olar. Lakin fakt ortadadır ki, imitasiyaçılar məğlub duruma düşüblər. Bu vəziyyət nə vaxta qədər davam edəcək? Cavab vermək elə də sadə məsələ deyil. Görünən odur ki, çətinliklərin, gərginliklərin yaşanacağının ehtimal olunduğu yaxın bir neçə ildə iqtidar eksperimentlərə getməkdən çəkinib, yaxud iqtidarı inandırıblar ki, bu, problem yarada bilər. Məsələn, mən bunun əksini düşünürəm və imkanım olsaydı, təklif edərdim ki, fərqli yanaşma qəbul edilsin. Çünki regionda və ölkədə siyasi, geosiyasi və sosial-iqtisadi vəziyyətin pisləşəcəyinin labüd göründüyü bir vaxtda sistem çeviklik göstərib dəyişiklik etməyə qadir olmasa, gərginliklərdən yaxa qurtara bilməyəcək.

“Avropa Məhkəməsinə şikayət etməyəcəyəm”

– Əvvəllər parlament seçkilərinin antidemokratik keçirilməsi seçkidən dərhal sonra müxalifətdə yeni birliklərin yaranmasına, mitinqlərin keçirilməsinə təkan verirdi. 1 noyabr seçkilərindən sonra bunların heç biri müşahidə olunmur. Bunun səbəbi nədir?

– Siyasi müxalifət arasındakı ziddiyyətlər həm taktiki, ideoloji, eləcə də psixoloji səviyyədə heç vaxt belə dərinə getməyib. Bu seçkiyə münasibətdə də hələ seçkilərdən xeyli öncədən kəskin fikir ayrılıqları oldu. Seçkiyə getmək və ya getməmək məsələsində bu mövqelərdə olanlar arasında bir-birinə qarşı kəskin siyasi və şəxsi ittihamlar irəli sürüldü. Seçkilərdən öncə yaranmış bu psixoloji baryer seçkidən sonrakı dövrə də təsirini göstərir. Bu psixoloji baryeri keçmək elə də asan deyil. Lakin vəziyyət dəyişə bilər. Siyasi müxalifətin geniş funksional birliyinin yaranması, müəyyən maraqlar ətrafında birləşmək ideyası hələ 1 noyabr olmamışdan əvvəl səslənməyə başladı. Seçkilərdən sonra da siyasi partiyaların birləşdirilməsi, hərəkat tipli bir birləşmənin olacağı mövzusunda ideyalar eşidilir. Hər halda, mən güman edirəm ki, siyasi müxalifətdəki münasibətlərdə kritik hədd keçilib, proses dibə çatıb. Bundan sonra yaxınlaşma, müəyyən məsələlərin ən azı müzakirəsi məsələsi mümkündür. Bunun ilkin əlamətləri də var. Fikrimcə, yaxın günlərdə bu istiqamətdə müəyyən addımların atılması üçün başlanmış məsləhətləşmələr davam edəcək.

– Bu istiqamətdə nə gözlənilə bilər?

– İndiki ziddiyyətləri simvolizə edən formatlar aradan qalxmalıdır. Yaxud transformasiya edilməlidir ki, müəyyən təşkilati maneələr də olmasın.

– Milli Şuranı nəzərdə tutursunuz?

– Həm də.

– Bir çoxları müxalifətin seçkilərlə bağlı bu vəziyyətini onun zəifləyib, sosial bazasını itirməsi ilə izah edirlər.

– Siyasi müxalifət, onun institutları zəifləyibsə də son vaxtlar ölkədə yaranan sosial-iqtisadi böhran və bu böhranın iqtidar üçün yaratdığı problemlər bunu müəyyən qədər əvəzləyir. Artıq iqtidar üçün də problemlər mövcuddur və bunlar günü-gündən  sürətlə artır. Bu da müxalifətin zəifliyini və onun imkanlarının məhdudluğunu kompensasiya edir, onu gücləndirir. Mənim fikrimcə, siyasi müxalifətdə böhran özünün dibinə çatıb. Bundan sonrakı mərhələdə biz siyasi müxalifətin sosial dayaqlarının, fəaliyyət imkanlarının artmasını müşahidə edəcəyik. Proseslər buna imkan verir. Siyasi müxalifət üçün əsas məsələ yeni mərhələnin liderlərinin, təşkilatlarının kim olacağıdır, tapılması, meydana çıxmasıdır.

– Yeni mərhələnin liderləri, lider təşkilatları kimlər olacaq?

–  Seçki kampaniyasında gəldiyim qənaət ondan ibarət oldu ki, resursları hərəkətə gətirmək imkanları var.  Bu baxımdan mənim demokratik qüvvələrin perspektivlərinə bu seçkilərdə nəinki inamım azalmadı, əksinə, bu seçki kampaniyasından sonra  daha da artdı. Konkret şəxslər barədə danışmaq istəməzdim. Lider təşkilat isə yeni, böyük ehtimalla hərəkat tipli təşkilat olacaq. Şəxslərə gəldikdə isə … (soyuq-soyuq gülümsəyir – E. S.) bu yeni mərhələnin liderlərindən biri olmağa özüm də iddialıyam.

– Seçkilərdə ənənəvi müxalifət təşkilatlarından heç kimin parlamentə düşməməsi seçkini boykot edənlərin əlinə özlərinin haqlı mövqedə olduqlarını bildirmələri üçün fürsət verib. 

– Hər bir kəsin mövqeyinə hörmətlə yanaşmaq lazımdır. Amma fikrimcə, məhz seçkinin özü göstərdi ki, bu, yanlış idi. Boykot taktikası seçkilər dövründə siyasi fəallığa zərər vurdu və bu, hakimiyyətin xeyrinə işlədi. Bizim yeganə resursumuz kütlələrin siyasi fəallığıdır. Bu resursun ortaya çıxmasını əngəlləyən istənilən hərəkət əlbəttə ki, zərərli sayılmalıdır.  Boykot mövqeyi seçkiyə qatılanları zəiflətdi. Məsələn, mən hesab edirəm ki, AXCP və Müsavat Partiyası boykot taktikası seçməsəydi, mən ən azı 1500 səs artıq alardım. Boykot boykotçuların özü üçün də zərərli oldu. Boykot taktikasının zərərdən başqa müsbət nəsə verdiyi varsa, ortalığa qoyulsun.

– Müsavatla AXCP-nin seçkiləri boykot addımını eyni taktika sayırsınız?

– Mənim üçün AXCP-nin taktikası daha anlaşılan idi. Müsavat Partiyasının taktikası, o cümlədən seçkiyə iki gün qalmış boykota getmək, açığı, hələ də mənə axıra qədər aydın deyil.

– Əvvəlki seçkilərdən sonra Avropa Məhkəməsinə müraciət etdiyiniz hallar olub. Bəs bu dəfə necə, Avropa Məhkəməsinə üz tutmaq niyyətiniz varmı?

– Bilirsiniz ki, mən seçkinin nəticələrindən Mərkəzi Seçki Komissiyasına şikayət eləmişəm. Şikayətim müsbət həll olunmayacaqsa, məhkəməyə müraciət edəcəyəm. Amma bu dəfə Avropa Məhkəməsinə şikayət etməmək qərarına gəlmişəm. Açığı, yenə heç nəyi dəyişdirməyəcək qərarı və 10 min avronu almaq üçün 5-6 il gözləməyə nə vaxtım, nə də həvəsim var.

– Bu, inamsızlıqdan irəli gəlir?

– Qətiyyən. İndiyə qədər Avropa Məhkəməsinə etdiyim bütün müraciətlərə baxılıb və mən həmişə udmuşam. İndi də seçkilərlə bağlı əlimdə olan sübut və dəlillər elədir ki, Avropa Məhkəməsinə müraciət etsəm, yenə udacağam. Bu dəfə Avropa Məhkəməsinə müraciət etməməklə simvolik şəkildə onu ifadə eləmək istəyirəm ki, həqiqətin, hüquqlarımın, azadlığımın bərpası üçün Avropaya yox, xalqa, cəmiyyətə üz tutacam. Strasburqun hökmünü yox, xalqın hökmünü almağa cəhd edəcəm. Məhz bunun simvolik ifadəsi olaraq qərara gəlmişəm ki, bu dəfə Avropa Məhkəməsinə şikayət etməyim. Biz beş il sonra   kompensasiya almaq üçün seçkiyə girmədik. Qabaqdakı illəri cəmiyyətdə ciddi dəyişikliklər eləmək, dəyişiklikləri cəmiyyətimizin gücü ilə həyata keçirmək üçün düşünməli və çalışmalıyıq. Mən düşünürəm və çalışıram.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda toy adəti dəyişir: Bakirəlik arxa plana keçir

Next Post

İran böyük inqilabın astanasındadır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İran böyük inqilabın astanasındadır

Hüquq müdafiəçisi: “Bəzi “siyasətçilər” Güneydəki etiraz səsindən diksinib”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.