"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pakistan Milli Assambleyasının sədri: “Azərbaycan Pakistan üçün etibarlı dost və qardaş ölkədir”

17 May 2022 - 16:09
in MÖVQE

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən xəbərə görə, Sahibə Qafarova qeyd edib ki, ortaq dini və mədəni dəyərlər ölkələrimiz arasında dostluq və qardaşıq münasibətlərinin möhkəm bazasını təşkil edir.

Gələn ay Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində münasibətlərimiz uğurlu inkişaf yolu keçib.

Azərbaycan və Pakistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran spiker bildirib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərarası əlaqələrin inkişafına töhfələr verir. O, ötən il Pakistan İslam Respublikasına səfərini, həmçinin Azərbaycan, Türkiyə və Pakistan spikerlərinin Bakıda keçirilən Birinci Üçtərəfli görüşünü məmnunluqla xatırladaraq, qeyd edib ki, bu tədbirlər və görüşlər ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən və münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verilib.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf Azərbaycanın Pakistan üçün etibarlı dost və qardaş ölkə olduğunu, ölkəmizlə münasibətlərin inkişafına daim xüsusi önəm verdiklərini qeyd edib. O, Milli Assambleyanın sədri kimi, ilk səfərini Azərbaycana etdiyini, ölkəmizin surətli inkişafının təqdir olunduğunu, paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu diqqətə çatdırıb.

Raca Pərviz Əşrəf İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Milli Məclisinə təbrikini ifadə edib.

O, parlament diplomatiyasının beynəlxalq münasibətlərdə mühüm rolunu qeyd edərək, Pakistan Milli Assambleyasının Azərbaycan Milli Məclisi ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildirib, ikitərəfli əməkdaşlıq və beynəlxalq təşkilatlarda birgə fəaliyyətin önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

4200 uşaq reabilitasiyaya cəlb ediləcək

Next Post

“Paşinyan Rusiyanın kaprizlərinə dözmək zorundadır”-AKTUAL ŞƏRH

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
“Paşinyan Rusiyanın kaprizlərinə dözmək zorundadır”-AKTUAL ŞƏRH

“Paşinyan Rusiyanın kaprizlərinə dözmək zorundadır”-AKTUAL ŞƏRH

Nazir müavini: “Cəbrayılda GES-in tikintisylə bağlı BP ilə danışıqlar gedir”

Nazir müavini: "Cəbrayılda GES-in tikintisylə bağlı BP ilə danışıqlar gedir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.