Pakistan Telekommunikasiya (PTA) İdarəsi söyüşlə bağlı məzmunu silmədiyi üçün ölkədə Vikipediyanı qadağan edib.
Elchi.az xəbər verir ki, PTA tərəfindən söyüşlə bağlı məzmunun silinməsi üçün Vikipediyaya verilən 48 saatlıq müddət başa çatıb.
PTA sözçüsü Məlahət Obaid bildirib ki, Vikipediya Pakistanda dini dəyərlərə hörmətsizliklə bağlı məzmunu silmədiyi üçün qadağan edilib. Obaid platformanın sözügedən məzmunu sildiyi təqdirdə qadağanın nəzərdən keçirilə biləcəyini vurğulayıb.
PTA qeyd edib ki, əgər Vikipediya sözügedən məzmunu silməsə, platforma Pakistanda uzun müddət qadağan olunacaq.
Yeganə





