"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pakistanda 20 yanvar şəhidlərinə həsr olunmuş anım tədbiri keçirilib – FOTO

19 Yanvar 2022 - 18:31
in SİYASƏT

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılığı, bu ölkənin SZABİST Universiteti və Regionşünaslıq İnstitutunun həmkarlığı ilə Pakistanda 20 yanvar şəhidlərinin anım gününə həsr olunan “20 Yanvar 1990 – Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” adlı seminar keçirilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycanın Pakistandakı səfirliyindən Elchi.az-a verilən məlumata görə, seminarda universitet rəhbərliyi və tələbələr, Səfirik əməkdaşları, Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Xəzər Fərhadov, 20 yanvar tarixinin Azərbaycan xalqının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin simvolu olduğunu bildirib.

Hadisələrin erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri, eləcə də Azərbaycan xalqının o vaxtki SSRİ lideri Mixail Qorbaçovun yürütdüyü ermənipərəst siyasətə etiraz etməsi ilə başlandığını qeyd edən səfir, Sovet İttifaqının liderinin qərəzli siyasətindən istifadə edən ermənilərin Azərbaycana qarşı məkrli siyasətlərini həyata keçirdikləri barədə məlumatlardan bəhs edib.

X.Fərhadov, Azərbaycan xalqının öz doğma torpaqlarını və hüquqlarını qorumaq üçün azadlıq hərəkatına başladığını xüsusilə vurğulayıb.

Diplomat, o zamankı mərkəzi hökumətin bu azadlıq hərəkatını yatırtmaq üçün fövqəladə vəziyyət elan etmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı hərbi əməliyyatlara başladığını, bunun nəticəsi olaraq 147 azərbaycanlının qəddarcasına qətlə yetirildiyini, 744 nəfərin ağır yaralandığını və insanlığa qarşı cinayətlərin törədildiyini vurğulayıb. Səfir, azərbaycanlıların öz ərazi bütövlüklərini qorumaqda qərarlı olduqlarını və milli azadlıqları üçün özlərini qurban verdiklərini iştirakçıların diqqətinə çatdırıb.

X.Fərhadov, Azərbaycan xalqının o çətin günündə ölkəmizin ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımız ilə birlik nümayiş etdirdiyini, bu faciənin insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirərək SSRİ rəhbərliyinin məkrli niyyətlərini ifşa etdiyini və təşəbbüskarların layiqli şəkildə cəzalandırılması gərəkdiyini bildirdiyini vurğulayıb. Səfir, məhz xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun birbaşa təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini bildirib.

O, həmçinin, Azərbaycan xalqının hərbi, mənəvi və siyasi təcavüzlərə məruz qalmasına baxmayaraq, tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlaya bilmək bacarıqlarını nümayiş etdirdiyini və öz həyatlarını itirmək bahasına belə olsa, vətənlərinin azadlığı və müstəqilliyi uğrunda ən qəddar hücumlara belə müqavimət göstərdiklərini ifadə edib.

Səfir Xəzər Fərhadov Azərbaycan və Pakistan münasibətlərinə də toxunub və ölkələrinin müstəqilliyi uğrunda canından keçmiş şəhidləri ehtiramla yad edib.

Tədbirdə çıxış edən SZABİST Universitetinin İslamabad kampusunun rəhbəri Xuşro Pərviz Xan, bu universitetin professoru Taraq Vahid və Regionşunaslıq İnstitutunun prezidenti Nadim Riyaz Azərbaycan və Pakistan arasındakı dostluq və qardaşlıq münasibətindən söhbət açıblar, hər bir ölkənin tarixində bu cür şanlı səhifələrin olduğunu ifadə edərək, 20 yanvarın Azərbaycanın tarixində dönüş nöqtəsi olmasından bəhs ediblər. Onlar ölkələrinin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin həmişə uca tutularaq hörmətlə yad ediləcəyini bildiriblər.

Tədbirin sonunda 20 yanvar hadisələri və Azərbaycan – Pakistan əlaqələrinə dair iştirakçıları maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və digər əyani materiallar da yayılıb, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarx nümayiş etdirilib.

Pakistanda 20 yanvar şəhidlərinə həsr olunmuş anım tədbiri keçirilib - FOTO
Pakistanda 20 yanvar şəhidlərinə həsr olunmuş anım tədbiri keçirilib - FOTO
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

Next Post

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Təbrizdə 20 Yanvar şəhidlərinin xatirəsinə fotosərgi keçirilib – FOTO

Təbrizdə 20 Yanvar şəhidlərinin xatirəsinə fotosərgi keçirilib - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.