Bu gün Pakistanın Hayber-Paxtunxva əyalətində Türkiyə-Pakistan birgə “Atatürk-2023” təlimi başlayıb.
Elchi.az-ın məlumatına əsasən bu barədə Türkiyənin “Anadolu” agentliyi xəbər verir.
Pakistan silahlı qüvvələrinin komandanlığından bildirib ki, təlimlər Tarbel bölgəsində iki həftə davam edəcək. Təlimlərin məqsədi terrorizmlə mübarizə üçün birgə tədbirlər hazırlamaqdır.
Qeyd edək ki, 1998-ci ildən Türkiyə və Pakistanda növbə ilə iki ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə birgə hərbi təlimlər keçirilir.
Yeganə




