Pakistanın Pişəvər şəhərində məsciddə cümə namazı zamanı partlayışda ölənlərin və yaralananların sayı artıb.
Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bombalı hücum zamanı ölənlərin sayı 57-yə, yaralıların sayı isə 200-ə çatıb.
***
15:20
Pakistanda məsciddə partlayış törədilib.
Elchi.az-ın “Anadolu”ya istinadən xəbərinə görə, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib.
Pişəvərdəki şiələrə məxsus Kucha Risaldar məscidinə bombalı hücum olub. Nəticədə 45 nəfər ölüb, 65 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım briqadaları çağırılıb.
Ölü sayının artması istisna edilmir, partlayışa görə məsuliyyəti heç kim üstünə götürməyib.






