Pakistanın Hayber Paxtunxva əyalətində polis maşını hədəf alan terror aktı nəticəsində ilkin məlumatlara görə 5 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Geo News televiziyasında yer alan xəbərə görə, Hayber Paxtunxvanın Dera Adem Heil bölgəsinin Tank Adda şəhərində polis maşını yaxınlığında terror aktı törədilib.
İlkin məlumata görə, hücum nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Səlahiyyətlilər xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bu il ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.
İslamabad hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.
Şayəstə Hüseynova






