İndoneziyanın Qroboqan bölgəsindəki palçıqda baş verən kiçik miqyaslı partlayışlardan yerli əhali ənənəvi üsullarla duz hasil etmək üçün istifadə edir.
Elchi.az xəbər verir ki, Bleduk Kuwu (Palçıq vulkanı) olaraq da adlandırılan ərazi bölgəyə gələn turistlərin də diqqətini çəkir.
Minerallarla zəngin və xüsusilə yüksək duzlu, iki dəqiqədən bir 2 metrə qədər hündürlüyə çatan palçıq vulkanı püskürmələri yerli əhali tərəfindən emal edilir və duz istehsalında istifadə olunur.
Şayəstə Hüseynova




