"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pambıq yığmağa hazır olun!

17 Oktyabr 2015 - 11:35
in XƏBƏR LENTİ

Pambıq yığmağa hazır olun!

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Özbəkistanda camaatın kütləvi halda, zorla pambıq yığımına aparılması çoxdankı söhbətdir. Bu günlərdə daha gülməli bir xəbər oxudum. Deməli, bir rayonda pambığı yığıb qurtarıblar, xəbər çıxıb ki, bəs baş nazir rayona gəlir. Tarlanın zəngin görünməsi üçün yerli idarəçilik əmr eləyib ki, di davay, yığdığınız pambığı qaytarın kola birləşdirin. Türkiyəlilər demiş, şaka deyil, gerçəkdir. Camaat əlinə kley alıb pambığı kola birləşdirib. Amma birləşdirib qurtarıblar, indi də xəbər gəlib ki, bəs baş nazir rayona gələsi olmadı.
Özbəkistan haqqında eşitdiyimiz xəbərlər adətən bu cür olur. Ya hardasa fahişəliklə məşğul olan özbək qadınlar həbs olunur, ya Moskvada təmizlik işlərinə baxan özbək nəsə bir həngamə törədir, ya Kərimovun qızı evdən qaçır.  Ümumiyyətlə Özbəkistan deyəndə kimin gözünün önünə normal, düz-əməlli xəbər gəlir?
Məqsədim özbəkləri yamanlamaq deyil. Amma reallıq budur, vəziyyət bu cürdür, Orta Asiya on il əvvəl necə idisə, indi də elədir. Onlar da qafqazlılar kimi, ya öz ölkələrində canları ilə əlləşirlər, ya da miqrant olaraq Rusiyaya və başqa ölkələrə gedirlər. Ölkədə müxalifət tamamilə yoxdur, siyasi sistem tamamilə Kərimovun iradəsi altındadır. Ən maraqlısı, Özbəkistanda əhali “füqəra” adlanır. Rəsmi sənədlərdə də bu cürdür: “Özbəkistan füqərası”.
Keçmiş sovet ölkələrinin özlərinə məxsus ənənələri var. Hamısı da keçmiş idarəçiliyin qalıqlarıdır. Yalandan plan doldurma, lider qarşılama, vəzifəli adamı qonaq eləmə, nitqlər, mitinqlər, görüşlər, hamısı eynidir. Vəzifəli adam gələndə rayonun baş yaltağını çağırırlar, uşaqlara şeir dedizdirirlər, məktəbliləri saatlarla yollarda gözlədirlər.
Nədir bunun səbəbi? Geniş düşünsək Rusiya və köhnə nəsil. Hətta Rusiyanın girə bilmədiyi dövlətlərdə də köhnə nəsil problemi var. Məsələn, Polşa hələ də onlardan yaxa qurtara bilmir. Bizdə isə nə ikibaşlı qartalın hansısa caynağında bir zəifləmə olur, nə də bizim bu köhnə nəsil ölüb qurtarır. Rəsmən üzlərinə verib dayanıblar, deyirlər, bizi arxivə göndərə bilməyəcəksiniz. Biz adı dəyişib mövcudiyyətini sürdürən kommunizmi yaşadacağıq.
BDU-da bir müəllimimiz vardı, qəbiristanlıqdan “samavolka”ya çıxmışdı. Keçmiş DTK-dan (Dövlət Təhlükəsizlik Komitəsi, KQB-nin azərbaycancası) danışanda fəxrlə “bizim DTK” deyirdi. Belə müəllimlər çoxdur, hıqqana-hıqqana universitetin pilləkanlarıyla qalxarlar, amma ölməzlər. Hərdən mason kitablarındakı söz-söhbətlərə aludə olub düşünmək istəyirəm ki, onları yaşadan Rusiyadır. Hətta buna aid geniş bir versiya da irəli sürüb Rusiya xüsusi xidmət orqanlarının hardasa bir xəstəxanasının olduğunu və orda bu insanları uzunömürlü etmək üçün xüsusi dərmanların verildiyini də iddia etmək olar. Hamı inanacaq, inanmasalar belə, ehtimal verəcəklər.
Adam həm də onu düşünür ki, görəsən, necə olub, bu qədər zir-zibilin içində beş-altı adam tapılıb ki, onlar postsovet ölkələrində nəsə bir şey, pis-yaxşı müxalifət, o olmayanda isə bir qığılcım yarada biliblər.
Belə şərqə tərəf dönüb baxanda qəribə də olsa Azərbaycanda can verməkdə olan siyasi prosesə şükür etməyim gəlir. Hər nə qədər klişeləşmiş bir ifadə olsa da Azərbaycan müxalifətinə ölkəni Özbəkistana çevirməyə imkan vermədiyi üçün təşəkkür etmək lazımdır.
Amma o da var ki, qığılcım olaraq qalmışıq. Vəziyyət həqiqətən xarabdır, yaxında bizi də pambıq yığmağa apara bilərlər. Tərs kimi, bu il aran rayonlarında pambıq tarlada qalıb, yığan olmayıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan üçün ölməyə hazır olan erməni

Next Post

Suriyadan Moskvaya 56 MDB vətəndaşı gətirib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Suriyadan Moskvaya 56 MDB vətəndaşı gətirib

Çanaqqalada mühacir qayığı batıb - 12 ölü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.