Roma Papası Fransisk martın 29-da qəbul edildiyi İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasından evə buraxılıb. Papa çöldə gözləyənləri salamlayaraq “Hələ də sağam” deyib.
Elchi.az xəbər verir ki, 86 yaşlı Papa Fransisk çərşənbə günü nəfəs darlığı səbəbiylə xəstəxanaya yerləşdirilmişdi.
Vatikandan verilən açıqlamada bronxit diaqnozu qoyulan Papa Fransiskin müalicəyə tez reaksiya verdiyi bildirilib.
Səhər xəstəxanadan çıxan Papa Fransisk çöldə onu gözləyən jurnalistləri və tezliklə sağalmasını arzulayanları salamlayıb.
“Qorxmuram, hələ sağam”, -deyən Papa daha sonra avtomobili ilə Vatikana doğru yola düşüb.
Vatikanın sözçüsü Matteo Bruni martın 29-da Papa Fransiskin son günlərdə nəfəs almaqda çətinlik çəkdiyini və tənəffüs yolu infeksiyasının müalicəsi üçün bir neçə gün xəstəxanada qalacağını bildirib:
“Testlər onun tənəffüs yollarının olduğunu göstərdi”.
Yeganə





