Roma Papası Fransisk müvəffəqiyyətli bağırsaq əməliyyatından sonra xəstəxanadan buraxılıb.
Elchi.az bu barədə Smotrim.ru-ya istinadən xəbər verir.
Cümə günü səhər saatlarında 86 yaşlı Fransisk tibb müəssisəsindən kresloda çıxarılıb, lakin o təkbaşına ayağa qalxaraq maşına əyləşib.
Vatikandan verilən məlumata görə, əməliyyat fəsadsız keçib. Xatırladaq ki, Papa 2021-ci ildə 33 sm uzunluğunda iltihablı bağırsağını çıxartdırmışdı.
Papa xəstəxananın qarşısında toplaşanlara gülümsəyib və xoş arzularına görə təşəkkür edib.
Yeganə





