“ELCHİ.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Papa Françeskonun İstanbuldakı Fənər Rum Kilsəsinin quruluş ildönümü ilə bağlı təşkil olunacaq tədbirlərə qatılmaq məqsədiylə 30 Noyabrda Türkiyəyə səfər edəcək. Bu, yeni Papanın Türkiyəyə edəcəyi ilk səfər olacaq.
Papanın ilk olaraq Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan və hökumət səlahiyyətliləriylə görüşməsi gözlənilir. Françeskonun İstanbuldakı mərasimin ardından Suriyalı mühacirlərin qaldığı düşərgələri də ziyarət edəcəyi barədə məlumat verilib.
Elchi.az



