Roma Papası ənənəvi ayaqyuma ayinini gerçəkləşdirib.
Papa Fransisk Pasxa bayramı öncəsi – müqəddəs cümə axşamı ayini üçün Roma yaxınlığındakı Kastelnuovo di Porto qəsəbəsinə üz tutub. Burada 900-ə yaxın miqrant məskunlaşan düşərgə var.
Papa müsəlman, hindu, xristianın da daxil olduğu 12 miqrant və bir italyanın ayaqlarını yuyub, dəsmalla sildikdən sonra bir-bir öpüb. Daha sonra o, Yaxın Şərqdən olan bir neçə miqrant ailəsi ilə görüşüb.




