Papa Fransisk, “Girovların azad edilməsi çağırışımı bir daha təkrar edirəm. Uşaqların, xəstələrin, qocaların, qadınların və bütün mülki şəxslərin münaqişənin qurbanına çevrilməməsinin təmin edilməsini tələb edirəm”,-deyib.
Elchi.az xəbər verir ki, Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Qəzzada humanitar qanunlara hörmət edilməli olduğunu bildirib.
Vatikanda Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar namazını qılan Papa İsrail-Fələstin münaqişəsinə də toxunub.
Papa Fransisk, “İsrail və Fələstində baş verənləri böyük ağrı ilə izləməyə davam edirəm. Bir çox insanı düşünürəm. Xüsusilə azyaşlılar və qocalar. Girovların azad edilməsi çağırışımı bir daha təkrar edirəm. Uşaqların, xəstələr, qocalar, qadınlar və bütün mülki şəxslər münaqişənin qurbanı olmurlar.”
“Xüsusilə də humanitar dəhlizlərə zəmanət vermək və bütün əhaliyə yardım göstərmək təcili və zəruri olan Qəzzada humanitar qanunlara hörmət edilməlidir”, – Papa bildirib.
Oktyabrın 17-də möminləri Yaxın Şərqdə sülh üçün dua etməyə və oruc tutmağa dəvət edən Papa, “Bir çox qardaşımız öldü. Nə müqəddəs torpaqlarda, nə Ukraynada, nə də başqa yerdə daha çox günahsız qan tökməyin. Kifayətdir, müharibələr həmişə məğlubiyyətdir”-deyib.
Nuranə Məmmədova






