Dünya üzrə 1.2 milyard katolikin ruhani lideri və Vatikanın dövlət başçısı Roma papası Francesco bu gün Türkiyəyə səfərə gəlir. 

Avropa.info-nun məlumatına görə, Türkiyə səfəri papanın vəzifəyə gəldikdən sonra 6- cı səfəridir. Papa Françesko, ilk olaraq Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək. Daha sonra isə prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və dəyanət işləri başqanı Mehmet Görməzlə görüşəcək.
Papanın ziyarətində Türkiyədəki katolik icmalarının çətinliklərinin və Yaxın Şərqdəki xristianların məruz qaldığı repressiyanın da gündəmə gəlməsi gözlənilir.
Papanın dəyanət işləri başqanı ilə görüşündə Avropadakı müsəlmanların vəziyyəti müzakirə olunacaq.
Dəyanət başqanı Görməz, keçən il bir çıxışında Almaniyada məscidlərə olan hücumlardan danışarkən, “Bu, elə sadəcə gənc bir qızın ayaqlarını yumaqla və yaxud dinlərarası futbol matçı, turniri keçirməklə olmur. Məscidlərə hücumların qarşısını almaq lazımdır” demişdi.



