Roma Papası Fransisk Avropanı Ukrayna münaqişəsinin həllində yaradıcı olmağa çağırıb. Elchi.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Papa dünyanın bir çox yerlərində silahlara davamlı investisiya qoyuluşundan narahat olduğunu bildirib.
Bundan əvvəl ənənəvi bazar xütbəsindən sonra Papa Rusiyanı taxıl müqaviləsini bərpa etməyə çağırıb. “Qardaşlarımı və Rusiya hakimiyyətini taxılın təhlükəsiz şəkildə daşınması üçün Qara dəniz təşəbbüsünə qayıtmağa çağırıram” deyə o bildirib.
Havar Şəfiyeva





