Roma Papası Fransisk çərşənbə günü deyib ki, Avropa Ukrayna münaqişəsinin həlli üçün yaradıcı həll yolları axtarmalıdır.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, Fransiskin sözlərini Müqəddəs Taxt-Tacın mətbuat xidməti çatdırıb.
Portuqaliyaya səfəri zamanı Papa deyib: “Avropaya peşmançılıq və sevgi ilə baxanda soruşmaq istəyirəm: siz sülh yollarını, Ukraynada hərbi əməliyyatlara son qoymağın yaradıcı yollarını təklif etmirsinizsə, hara üz tutursunuz?”.
O qeyd edib ki, bu, dünyada çoxsaylı qanlı münaqişələrin dayandırılmasına da aiddir.
Papa əlavə edib ki, o, dünyanın bir çox yerlərində silahlara davamlı investisiyalar qoyulmasından narahatdır, lakin uşaqların gələcəyi üçün deyil. O, qeyri-qanuni immiqrasiya mövzusuna və Qərb ölkələrində ona olan münasibətə də toxunub.
“Siz hara gedirsiniz, Avropa və Qərb, köhnə, tikanlı məftillərdən ucaldılmış divarları, dənizdə çoxlu ölüləri, boş beşikləri rədd edərək?”
Qeyd edək ki, bundan əvvəl Roma Papasının nümayəndəsi kardinal Matteo Zuppi ABŞ-a səfər edib və prezident Co Baydenlə Ukraynadakı vəziyyətlə bağlı görüş keçirib.
Zuppi Kiyev və Moskvada da olub. Bundan sonra Vatikan bildirib ki, Papa Rusiyaya səfərinin nəticələri ilə tanış olub və Ukraynada gələcək təşəbbüsləri nəzərdən keçirir.
Yeganə





