Papua Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti Papua-Yeni Qvineyada 5,9 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
ABŞ Geoloji Xidməti-nin verdiyi açıqlamada, zəlzələnin episentrinin Şərqi Sepik əyalətinin Anqoram mahalından 99 kilometr şərqdə, təxminən 22 kilometr dərinlikdə olduğu bildirilib.
Zəlzələdə can və ya mal itkisi qeydə alınmasa da, sunami xəbərdarlığı edilməyib.
Nuranə Məmmədova






