"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Paralel dövlət

17 Yanvar 2015 - 15:51
in KÖŞƏ YAZILARI, XƏBƏR LENTİ

Rəfael Becanov

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bizim, eləcə də Türkiyə mediasının ən aktual mövzularından biri PARALEL DÖVLƏT, NURÇULQ, “GÜLƏN 87604CAMAATI”dır. Aktuallıq o qədər artıb, Suriya olayları, İŞİD terroru, Ukrayna böhranı və işğalı, Rusiyanı gözləyən defolt kimi vacib mövzularla bir sırada dayana bilir. Proseslərin gedişi bəzən səngiməkdə olan mövzuya “həyat verir”. 

Azərbaycan və Türkiyə prezidentlərinin son görüşündə də bu mövzunun dartışıldığı söylənilir. Məncə, prezidentlərin görüşü üçün bu o qədər də ciddi mövzu deyil ki, ona xüsusi vaxt ayrılsın. Ola bilər, bir epizod kimi nəsə deyilsin, amma xüsusi müzakirəyə gərəksiz mövzudur. Ərdoğan Türkiyədə o sistemi çökdürüb. Elə çökdürüb ki, bir də 30 ildən sonra özünə gələ-gəlməyə. Bu gün Gülənin gücü ancaq VİDEOQARĞIŞlardadır. Azərbaycanda isə onların sistemi əvvəllər də xüsusi çəkiyə malik olmayıb. Bununla belə qruplaşmışdılar və dərin olmayan kökləri vardı. Son bir ildə sıradan çıxarılıblar. Kökü qoparılmış gövdələr isə pöhrə vermir, ancaq quruyur. Ona görə də az-çox qalan köksüz gövdələr də bu il quruyacaq.

Bu çatılara həm də xüsusi müzakirənin ayrılmamasının ən böyük nədəni prezidentlərin görüşündə bu günki, sabahkı hədəflərin böyüklüyü! Türk birliyindən tutmuş, dünyanı cənginə alan iqtisadi böhranın təsirlərini azaltmaq, qüdrətli Azərbaycan və qüdrətli Türkiyənin yeni strategiyasının müəyyənləşdirilməsinə qədər böyük xətlər. Ona görə də bu görüşün strateji əhəmiyyətinə diqqət çəkmək vacibdir, nəinki taqətdən düşmüş camaatdan danışmaq.

Səfər zamanı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Toplantısından sonra ikitərəfli bir sıra razılaşmalar imzalanıb. Xüsusi ilə iki ölkədən birinə edilən hərbi təcavüzə qarşı o biri ölkənin müdaxiləsi müzakirə olunub və əməkdaşlıq haqqında qərar qbul edilib. Digər sahələrdə işimiz yox, çünki  ayrı-ayrı sahələrin mütəxəssisləri, ekspertlər bunu şərh edəcək və perspektivi ictimaiyyətə çatdıracaqlar.

Amma müdafiə sahəsində olan əməkdaşlıq bir ilk və bütün dünyaya mesajdır. Bu əməkdaşlıq bir daha göstərdi ki, Türkiyə və Azərbaycan istər taktiki, istərsə də strateji müttəfiqlik prinsiplərində bir yerdədir. Təkcə dildə, şüarda yox, əməldə “BİR MİLLƏT, İKİ DÖVLƏT”dir.

Bu əməkdaşlıq Azərbaycanın müstəqilliyinin qarantıdır. Keçmiş postsovet ölkələrində cərəyan indiki hadisələr, Rusiyanın açıq-gizli təhdidləri, digər ölkələrdə yaradılan hərbi-siyasi böhran fonunda bunun xüsusi tarixi əhəmiyyəti var. Azərbaycan bu əməkdaşlığa söykənərək, öz müstəqil siyasi kursunun davam etdirəcək, regionda mövqeyini qoruyub saxlayacaq və Orta Asiyaya çıxış olacaq. Bu əməkdaşlıq Azərbaycana yönələ biləcək təcavüzün qarşısına bir ÇİN SƏDDİDİR. İkinci mühüm məqam isə Türkiyənin və Azərbaycanın terrorla mübarizədə birgə olacaqlarıdır. Son günlər mediada, xüsusən sosial şəbəkələrdə İŞİD-in açıq-aşkar Türkiyə və Azərbaycanı hədəf götürən hədələri, Bakı və İstanbulla bağlı yayılan fikirlərinə adekvat cavabdır. Eləcə də digər terror qruplaşmalarının, PKK-nın, Ermənistanın təcavüzünə qarşı birgə hərbi fəaliyyətin ola biləcyini ehtiva edir.

Digər mühüm məsələ isə illərdir faktiki blokodada yaşayan Naxçıvanın yetərli təhlükəsizliyi üçün rəsmi mövqedir. Qars müqaviləsinə rəğmən, Naxçıvanın təhlükəsizliyi hər zaman diqqətdə idi. Amma bundan sonra Naxçıvanın təhlükəsizliyi mübaliğəsiz demək olar ki, tam yetərlidir.

Digər mühüm məqam isə illərlə deyilən və gözlənilən türk birliyinə doğru atılan addımdır. İqtisadi bağlılığın siyasi-hərbi bağlılığa doğru istiqamətlənən yeni çalarıdır. Bu qərarla Türkiyə və Azərbaycan hərbi ittifaqın bir addımlığındadır. Qalır digər türk dövlətləri. Onların da siyasi iradəsi olacaqsa, bu birlik daha geniş arealı, bir zaman mərhum Tuqut Ozalın hədəflədiyi arealı əhatə edəcək. Bloklara qoşulmayan, Avropa, Avrasiya İttifaqı ilə məsafəli davranan Türkmənistanın çox tezliklə bu sırada olacağına ümidlənmək olar. Eləcə də Qırğızıstan və Qazaxıstanın da.

Bu, Türk Birliyinə uzanan yoldur…

(Qafqazinfo.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fərid Şahbazlı: “ABŞ-da söz azadlığının qorunmasında ciddi problemlər mövcuddur” AÇIQLAMA

Next Post

Neftin sudan ucuz olduğu ölkədə ərzaq qıtlığı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neftin sudan ucuz olduğu ölkədə ərzaq qıtlığı

Ukraynada döyüşlər daha da şiddətləndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.