Elchi.az xəbər verir ki, “Kommersant” yerli KİV-ə istinadən yazır ki , Fransa Nigerin hərbi hakimiyyət rəhbərlərinin səfirin respublikadan geri çağırılması ilə bağlı tələblərini yerinə yetirməkdən imtina edib.
Qəzetin yazdığına görə, yeni hakimiyyət Fransa səfirindən 48 saat ərzində respublika ərazisini tərk etməyi tələb edib.
Üsyançı liderlər razılaşmanı geri götürmək qərarını diplomatın Niger Xarici İşlər Nazirliyinə danışıqlar üçün getməməsi, eləcə də Parisin ölkənin maraqlarına zidd olan bir sıra digər hərəkətləri ilə izah ediblər.
Parisdə onlar bu tələbləri rədd etdilər. Fransa Xarici İşlər Nazirliyi bildirib ki, iğtişaşçılar diplomatik missiyanın rəhbərini ölkədən çıxarmaq səlahiyyətinə malik deyil, yalnız qanuni yolla seçilmiş prezidentin buna hüququ var.
“Səfirin təsdiqi yalnız Nigerin qanuni olaraq seçilmiş hakimiyyət orqanlarından gəlir”, – Xarici İşlər Nazirliyi qeyd edib.
Xatırladaq ki, Afrikada son illərdə Sudan, Qambiya, Mali, Qvineya, Burkina Faso və Nigerdə çevrilişlər olub. Mütəxəssislər hesab edirlər ki, bu siyahıda növbəti yer Nigeriya ola bilər.
Nuranə Məmmədova




