FİFA-nın təsis etdiyi “Qızıl Top” mükafatı üçün alman qapıçı Manuel Neueri dəstəklədiyini bildirən UEFA prezidenti Mişel Platiniyə
qarşı kampaniya başladılıb.

qarşı kampaniya başladılıb.
Musavat.com-un məlumatına görə, bir reklam agentliyi Kriştiano Ronaldoya dəstək vermək üçün “Lets Kick Platini Out” adlı bir kampaniya təşkil edib. Portuqaliyalı bəzi gənclər isə Platininin Parisdəki evinə 61 ədəd futbol topu atıblar.
Bununla etirazçılar Kriştiano Ronaldonun ötən mövsüm ərzində 61 qol vurduğunu xatırladıblar.
UEFA prezidenti Mişel Platini isə açıqlama verərək, bildirmişdi ki, Dünya Kubokunu qazanan komandanın bir oyunçusu “Qızıl Top” mükafatı almalıdır.



