Partlayışa binada qaz sızmasının səbəb olduğu ehtimal edilir. Paris yanğınsöndürən xidmətinin məlumatına görə, partlayış və uçqun nəticəsində 1 aşyaşlı uşaq ölüb, 11 nəfər də yaralanıb.
Dağıntılar altında 5-i uşaq olmaqla, daha 10 nəfərin də qaldığı ehtimal edilir və onların axtarışı aparılır.
Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb edilib. Ölənlərin sayının artacağı istisna edilmir.




